D-8 ölkələrinin birgə universiteti yaradılacaq - İRANDA
İranda D-8 sammiti ölkələrinin birgə universiteti yaradılacaq. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, bu universitetdə bütün D-8 ölkələrinin tələbələri təhsil ala bilər. R.T.Ərdoğan həmçinin əlavə edib ki, D-8 ölkələri bütün sahələrdə münasibətləri möhkəmləndirməlidir.
20 Oktyabr 2017 17:42 Dünyaİranda D-8 sammiti ölkələrinin birgə universiteti yaradılacaq. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, bu universitetdə bütün D-8 ölkələrinin tələbələri təhsil ala bilər. R.T.Ərdoğan həmçinin əlavə edib ki, D-8 ölkələri bütün sahələrdə münasibətləri möhkəmləndirməlidir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 sammitində xüsusi qonaq qismində iştirak edib. D-8 sammiti bu gün İstanbulda baş tutub. Sammitdə üzv-ölkələr Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan iştirak edib. Trend.az