Gündəm
Alimlərdən xəbərdarlıq: "Sərnişinnəqliyyatda qocalara yer verməyin, ömürlərini uzadın"
Azərbaycanda və bir sıra Şərq ölkələrində sərnişinnəqliyyatda özündən yaşlılara yer vermək ənənəsi var. Bir sıra alimlər bunun əleyhinə çıxırlar. Alimlər bildirirlər ki, yaşlılara yer verəndə iki dəfə düşünün. Ayaq üstə dayanmaq onlar üçün idman sayılır. Alimlər qeyd edirlər ki, müntəzəm olaraq belə idman hərəkətləri insanı 10 yaş cavanlaşdırır.
UEFA “Qarabağ”ın rəqibilə bağlı istintaqa başladı
UEFA Çempionlar Liqasında “Qarabağ”ın da yer aldığı C qrupunun üzvü “Roma”ya irqçilik iddiaları ilə bağlı istintaq işi açıb. Qrupda yer alan “Çelsi” - “Roma” matçında azarkeşlərinin irqçilik etdiyi iddiası ilə qonaq komanda haqqında araşdırmaya start verilib.
Ərdoğan: Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı vacib hadisədir
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı vacib hadisədir. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, ilk gündən bu layihənin reallaşdırılmasının vacibliyinə inandığını vurğulayıb.
11 quruma teleradio yayım lisenziyası verilib
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.
"Oğluma qız paltarları geyindirib, makiyaj edirdi" - Səs-küylü boşanmada TÜKÜRPƏDİCİ İDDİA
Qonca Akkuş iki uşağının atası Uğur Akkuşun model Ebru Şallı ilə Bodruma qaçmağını bağışlamayıb. Qonca Akkuş ərinə 40 milyon TL təzminat tələbi ilə boşanmaq üçün məhkəməyə müraciət edib. Qonca Akkuş qərarını: "Şiddət və qorxu içində yaşamamaq, ərimi başqa qadınlarla paylaşmamaq üçün ayrılmaq istəyirəm" sözləri ilə izah edib.
Türkiyənin Baş naziri də Ankara merini istefaya səslədi
Türkiyənin Baş naziri Binəli Yıldırım Ankara meri İbrahim Melik Gökçeki istefa verməyə çağırıb. Məlumata görə, B.Yıldırım İ.Gökçekin hökumətin tələbini yerinə yetirəcəyinə ümid etdiyini bildirib. Bu tələbin səbəbi barədə məlumat verilmir.
Deputat: Hərbi cinayətlər törədən Serj Sarkisyandan başqa nə gözləmək olar?
Ermənilər mütəmadi olaraq Azərbaycana qarşı təxribat xarakterli addımlar atmaqla məşğuldur. Bu barədə millət vəkili Elman Məmmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycan Ermənistandan həmişə təxribat xarakterli addımlar gözləməli və ehtiyatlı olmalıdır: "Çünki onların mayası təxribatla yoğrulub. Ermənilərdən yaxşı heç nə gözləmək olmaz. Bir ölkənin ki başçısı hərbi cinayətlər törədə, ondan başqa nə gözləmək olar? Serj Sarkisyan ölkəsini kriminal qanunlarla idarə edir.
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Bu ərazilərdə sürüşmə sahələri yenidən fəallaşdı - SİYAHI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda bir necə gün əvvəl yağan yağıntıların nəticəsi olaraq, yenidən fəallaşan sürüşmə sahələrinin adlarını açıqlayıb. ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə bildirib ki, hazırda daha çox cənub bölgəsində - Masallı rayonunun Qodman, Züvand, Güllütəpə kəndlərində, Lerikin Soru, Veri-Əliabad və Kirəvud kəndlərində, Ağsu aşırımında yerləşən Şamaxının Saqyan kəndindəki sürüşmə sahələrində, eyni zamanda Bakı-Şamaxı yolunun 106-111-ci km-lyində, Cəlilabad-Yardımlı, Muğanlı-İsmayıllı avtomobil yollarında nisbi aktivlik davam edir.
Sınaq və monitorinq imtahanları keçiriləcək
"Hazırda Dövlət İmtahan Mərkəzində bütün fənlər üzrə elmi-metodiki seminarlar keçirilir. Həmin seminarlarda keçirilmiş imtahanların nəticələri, gələcəkdə qəbul və buraxılış imtahanları ilə bağlı yeni modellə bağlı elmi-metodiki müzakirələr aparılır".
Qəbul imtahanlarında maksimum bal nə qədər olacaq?
2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür.
Avropada türklərə ÖLÜM TƏHDİDİ: “İntiqam” andı içdilər və... – Türkiyəyə qarşı YENİ HÜCUM
PKK üzvləri Avropada türklərə qarşı “intiqam” hücumları edəcəklərini bəyan ediblər. Terror qruplaşmalarının Avropadakı üzvləri açıqlamalarında “Türk mərkəzləri, AKP və MHP-yə bağlı qurum və təşkilatlar hədəfədir, Avropa bu hücumların qarşısında dayana bilməyəcəklər” deyə bildiriblər.
2 kq qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan ərazisindən tranzit keçməklə Türkiyədən Azərbaycana gələn Türkiyə vətəndaşının idarə etdiyi "İveco 440 S" markalı, 34 KL 4479 nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, stasionar rentgen qurğusu ilə (HCVG6032 markalı) aparılan yoxlama zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb. Həmin təsvir nəqliyyat vasitəsinin salonunda, sürücünün əyləşdiyi yerin üst hissəsində olan boşluqda müşahidə edilib.
Binəqədidə məktəb direktorları üşün sessiya keçirilib
2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları”nın sayca 11-ci sessiyaları təşkil olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən sessiyalar Binəqədi rayonunun ümumi təhsil məktəblərini əhatə edib. “OLAYLAR”-ın xəbərinə görə. sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak ediblər.
“Neft Daşları” nda yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan 2649 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən qazlif üsulu ilə məhsul verən quyu hazırda 1543-1540 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar olunur.














