11 quruma teleradio yayım lisenziyası verilib
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.
20 Oktyabr 2017 17:21 SosialBu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.
İclasda "Muz TV Azərbaycan" MMC-yə peyk yayımı üçün, "AZTELEKOM" MMC-yə, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi MMC-yə, "CLİP TV" MMC-yə, "MetroNet" MMC-yə, "AzFiberNet" MMC-yə, "Rahat Telecom" MMC-yə, "FARAON - 1" MMC-yə, "Qafqaznet" MMC-yə, "Teleport" MMC-yə, "Netpoint" MMC-yə İP TV yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul edilib. Trend.az