Gündəm

"Azərsu" ASC “Məzun-2017” əmək yarmarkasında təmsil olunur

20 Oktyabr 2017 16:27

Azərbaycan Dövlət İqtisad Universitetində  əmək yarmarkası keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Məzun-2017” yarmarkasında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də iştirak edib. Yarmarkada “Azərsu” ASC-nin  xüsusi stendi quraşdırılıb. “OLAYLAR”-ın xəbərinə görə, stendlə maraqlanan tələbə və məzunlara Səhmdar Cəmiyyətin fəaliyyəti, kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən proqramlar, karyera imkanları barədə məlumat verilib, işə qəbulla bağlı 200-dək  müraciət anketi toplanıb.

Dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri müzakirə edilib

20 Oktyabr 2017 16:24

Şəki rayon Tərkeş kənd məscidi dini icmasının “Dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri” layihəsi çərçivəsində Tərkeş kənd mədəniyyət evində növbəti dini maarifləndirici tədbir  keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev,Tərkeş kənd məscidi dini icmasının sədri Əlisəfa Dursunov, kənd ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak ediblər.

Musa Quliyev: Azərbaycanda abortların sayı artır”

20 Oktyabr 2017 16:23

“İİV-ə yoluxdurmaya görə cəzanın yüngülləşdirilməsinə tələsməməliyik. Kim insanları bilə-bilə ağır xəstəliyə yoluxdurursa, azadlığının məhdudlaşdırılması cəzasını alternativ kimi təklif etmək doğru deyil”. “Olaylar” xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisdə Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, vəzifəsini lazımi şəkildə yerinə yetirmədiyinə görə, bir şəxsi İİV-ə yoluxdurmaya görə, 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması doğru yanaşma deyil: “Çünki bilə-bilə yoluxdurana 1 il həbs cəzası verib, vəzifəsini düzgün yerinə yetimədiyinə görə yoluxdurana 3 il cəza vermək məqamları arasında uyğunsuzluq var”.

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edəcək

20 Oktyabr 2017 16:20

Oktyabrın 21-də İqtisadiyyat naziri Şahin Mustafayev Ağdaşda Göyçay, Ucar və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

Cinayət Məcəlləsinə 300-dən artıq dəyişiklik edildi

20 Oktyabr 2017 16:19

Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan əleyhinə qəbul olunmuş sənədlərə etiraz olunub. Millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, sessiyada ölkəmizə qarşı çıxış edənlər Azərbaycan la bağlı qeyri-obyektiv fikirlər irəli sürüblər: “ Avropa Şurası bizim üçün ölkəmizin fikirlərinin səsləndirilməsi baxımından həddindən artıq vacib tribunadı. Əgər bizi həmin tribunadan məhrum etmək istyirlərsə, bunun arxasında düşmənlərimiz dayanır”.

Universitetin önündə əcnəbi tələbəyə təcavüz etdilər

20 Oktyabr 2017 16:18

Axşam saatlarında Texniki Universitetin yaxınlığında sevgilisi ilə görüşməyə gələn qıza təcavüz edib, pul kisəsini oğurlayıblar. Türkiyədə əslən Qırğızıstandan olan tələbəni zorla qolundan çəkərək tənha küçəyə salan şəxs ondan pul kisəsini istəyib. Daha sonra isə bıçaqla hədələyərək təcavüz edib. Huşunu itirmiş halda uzanan qızı yoldan keçən şəxslərdən biri görüb və xəstəxanaya aparıb.

Prezident: “Azərbaycanın valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabərdir” - YENİLƏNİB

20 Oktyabr 2017 16:16

“Qısa müddət ərzində ölkəmiz uğurlu inkişaf yolu keçib. 2004-cü ildən başlayaraq iqtisadiyyatımız 3 dəfədən çox artıb, 2 milyona yaxın iş yeri açılıb. Yoxsulluq 5 faizə düşüb. Savadlılıq 100 faizə yaxındır”.

Azərbaycan prezidenti: "Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz"

20 Oktyabr 2017 16:13

"Ermənistan 25 ildən artıqdır, Azərbaycanın tarixi torpaqlarını - Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ildə ErmənistanXocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib".

Silahlı hücumda yaralanan iki azərbaycanlının vəziyyəti ağırdır

20 Oktyabr 2017 16:11

Gürcüstanın Marneuli rayonunda partiyanın seçki qərargahına silahlı hücum nəticəsində yaralanan 5 nəfərdən ikisinin vəziyyəti ağırdır. Bu barədə təcili-tibbi yardım bölməsinin həkimi Teya Zaridze bildirib. "Yeli vaxtla təqribən saat 23:30-da güllə yarası almış dörd pasient qəbul edilib. Onların ikisi əməliyyat olunub. Hazırda onlar reanimasiya şöbəsindədirlər və vəziyyətləri sabit ağır olaraq qalır. Söhbət qarın boşluğu nahiyəsindən güllə yarası alanlardan gedir", - həkim vurğulayıb. Onun sözlərinə görə, digər iki pasient klinikaya ayaqlarından güllə yarası almış vəziyyətdə gətirilib və hazırda onlar da həkim nəzarəti altındadırlar: "Beşinci yaralı yüngül xəsarətlər aldığından artıq klinikanı tərk edib".

“PETYA YEYİN” – Ukraynada unikal etiraz və Saakaşvilinin İNQİLAB PLANI

20 Oktyabr 2017 16:09

Ukraynada Ali Radanın önündə etiraz aksiyası keçirən müxalifət qüvvələri maraqlı addım atıblar. Etirazçılar “Petya yeyin” şüarı səsləndirərək, Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsus “Roşen” qənnadı fabrinin istehsal etdiyi “Petya” şokaladı yeyiblər.

Deputat: Cenevrə danışıqlarından sonra Brüsseldəki təxribat sülh prosesinə zərbə endirmək cəhdidir

20 Oktyabr 2017 15:59

Ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə pozmaq üçün təxribatlar edirlər. 18-19 oktyabr tarixlərində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə keçirilən Avropa ermənilərinin 4-cü “konqresi” də bu fəaliyyətin tərkib hissəsidir.

Qəbul imtahanı bir neçə dəfə keçiriləcək” - Məleykə Abbaszadə

20 Oktyabr 2017 15:55

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı Dövlət İmtahan Mərkəzinin bütün regional bölmələrində valideynlər və şagirdlərlə görüş keçiriləcək.

Cəmiyyətin demokratikləşməsində vətəndaş cəmiyyətlərinin rolu danılmazdır

20 Oktyabr 2017 15:56

Sirr deyil ki, müstəqilliyini əldə edən Azərbaycan Respublikası demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olan dövlətdir. Qətiyyətlə demək olar ki, artıq ölkədə sivil vətəndaş cəmiyyəti formalaşıb.

Bu il qanvermə aksiyalarından nə qədər qan toplanıb? - RƏSMİ

20 Oktyabr 2017 15:53

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu ilin ilk 6 ayı ərzində B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri tərəfindən 234 qanvermə aksiyası keçirilib.

Büdcə gəlirləri artıb

20 Oktyabr 2017 15:50

Dövlət büdcəsinin icrasına dair 9 ayın nəticələrinə görə büdcə gəlirləri 2016-cı ilin eyni dövrünə nisbətən 1.9 milyard manatdan çox artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunun büdcə ödəmələri 18 milyon manat azalıb.