Cinayət Məcəlləsinə 300-dən artıq dəyişiklik edildi

Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan əleyhinə qəbul olunmuş sənədlərə etiraz olunub. Millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, sessiyada ölkəmizə qarşı çıxış edənlər Azərbaycan la bağlı qeyri-obyektiv fikirlər irəli sürüblər: “ Avropa Şurası bizim üçün ölkəmizin fikirlərinin səsləndirilməsi baxımından həddindən artıq vacib tribunadı. Əgər bizi həmin tribunadan məhrum etmək istyirlərsə, bunun arxasında düşmənlərimiz dayanır”.

Ziyafət Əsgərov: "Azərbaycan cəza siyasətində humanizmə üstünlük verir"
 

Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan əleyhinə qəbul olunmuş sənədlərə etiraz olunub. Millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, sessiyada ölkəmizə qarşı çıxış edənlər Azərbaycan la bağlı qeyri-obyektiv fikirlər irəli sürüblər: " Avropa Şurası bizim üçün ölkəmizin fikirlərinin səsləndirilməsi baxımından həddindən artıq vacib tribunadı. Əgər bizi həmin tribunadan məhrum etmək istyirlərsə, bunun arxasında düşmənlərimiz dayanır". Deputat söyəyib ki, Azərbaycan prezidentinin həyata keçirdiyi yüksək siyasət bütün Avropaya bəllidir: "Lakin orada çıxış edən deputatların fikirlərinin heç biri həqiqət deyil. Lakin burada ən problemli məsələrdən biri Avropa Şurasının baş katibinin Avropa Şurasının ən yüksək dəyərlərini alətə çevirərək Azərbaycana təzyiq göstərməsidir. Bu gün yalnız bir insanın hüquqularını tələb etmək, lakin 1 milyon qaçqının hüquqularından imtina etmək Azərbaycaba qarşı ədalətsizlikdi. Biz bu tələbi Avropa Şurasının hər zaman qarşısında qoymuşuq". Deputat Elmira Axundova bildirib ki, Ukraynadan olan deputatların Azərbaycan əleyhinə səs verməsi rəsmi Kiyev tərəfindən də narazılıqla qarşılanıb. O, qeyd edib ki, bu yaxınlarda Azərbaycanda səfərdə olan Ukrayna baş nazirinin müavini ilə Azərbaycan Ukraynalıları Konqresinin ofisində keçirilən görüşdə də bu məsələyə toxunulub: "Düşünürəm ki, deputatların o münasibəti rəsmi Kiyevin mövqeyi deyil". Deputat Tahir Kərimli isə AŞPA-da üzvlərini əxlaqsız adlandırıb: "Əgər Avropa Şurası Azərbaycanı öz sıralarından çıxarmaq istəyirsə, onda Azərbaycan özü o qərarı gözləmədən Avropa Şurasından çıxmaq qərarını verməlidir. Avropa bizim nə göy rəngimizi görmək istəyir, nə də yaşıl rəngimizi. Bəs, bizim Qafqaz vüqarımız harada qaldı? Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Kimi azad etməliyiksə, özümüz azad etməliyik, heç vaxt böyük qüvvələrin diktəsi ilə yaşamamalıyıq. Kor-koranə o qüvvələrin qərarlarını icra etməməliyik". Spiker Oqtay Əsədov isə deputatın bu çıxışına reaksiya verib: "Əgər Avropa Şurasına kor-koranə itaət etsəydik, bizə qarşı belə davranmazdılar. Söhbətin kökü erməni diasporunun təsiri və Azərbaycanın tutduğu mövqe ilə əlaqədardır". Deputat Fazil Mustafa isə bildirib ki, Avropa Şurası Azərbaycana qarşı qərəzlidir: "Amma Azərbaycan heç bir platformada meydanı ermənilərə buraxmamalıdır. Əgər bizi çıxarsalar, o halda öz kursumuzu bəyan etməliyik". Millət vəkili Zahid Oruc da qeyd edib ki, ölkə prezidenti Brüssel sammitində iştirak qərarını verməklə, artıq Avropaya münasibətini ifadə edib: "Biz Avropa Şurasından çıxmaqla bağlı qərar versək, ermənilər bu fürsətdən istifadə edəcəklər. Dağlıq Qarabağın "müstəqilliyini" tanıtmaqdan tutmuş, digər məsələlərədək". Spiker Oqtay Əsədov isə "heç kim bu qurumdan çıxmağa hazırlaşmır. Biz bu qurumun münasibətindən danışırıq" deyə fikrini bildirib. Sonda Səməd Seyidov təklif edib ki, parlamentdəki müzakirələrin nəticəsini ümumiləşdirib AŞPA-ya göndərmək lazımdır.
Ardınca prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ümumilikdə, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub. Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə 15 əməl dekriminalaşdırılıb. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Bundan başqa, bir sıra cinayət əməllərinə görə cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməlləri dekriminalaşdırılır. Bu əməllərə görə məsuliyyət həddi 5 dəfə artırılır. Məcəlləyə "azadlığın məhdudlaşdırılması" cəzası da əlavə edilir. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib. Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib.
Müzakirələrə qatılan deputat Qüdrət Həsənquliyev deyib ki, onu dəyişiklilərlə bağlı iki əsas istiqamət məni narahat edir. O, hesab edir ki, cəzanın humanisləşdirmək adı ilə məcəllədə külli miqdarda əmlakın oğurluq yolu ilə əldə edilməsi cəzası 18 ilə çatdırılır: "Ömürlük cəza çəkən insanlar var. Onların çoxu insan öldürdüyünə görə bu cəzaya düçar olublar. Əvvəlki məcəlləyə görə, bu şəxslərin cəzasının çəkilməmiş hissəsi 15 illə əvəz oluna bilərdi. İndiki məcəlləyə görə, əgər insan son 5 ildə özünü yaxşı aparırsa, cəkilməyən cəza müddəti 10 illə əvəz oluna bilər. Və yaxud hakimiyyət nümayəndəsinə zorakılıq tətbiqetmə sanksiyasının yuxarı həddi 7 ildir. Zorlama cinayəti 4-8, azyaşlı uşaqların zorlanması isə 10-15 il cəzalandırılır. Bu yaxınlarda azyaşlı insan zorlanmışdı və cəmiyyət tələb edirdi ki, həmin şəxs haqqında ölüm hökmü çıxarılsın. Lakin mülkiyyət əlehinə olan cinayətlərə görə 18 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Belə çıxır ki, qanun layihəsini hazırlayanlar sanki varlı insanların maraqlarını müdafiə ediblər. Belə mənzərə yaranır ki, varlı imkanların əmlakı insan sağlamlığından daha dəyərlidir".
Millət vəkili Fua Muradov qeyd edib ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklər bir çox Avropa ölkələrinə göndərilə bilər. Bu dəyişikliklərin bir sıra Avropa ölkələrində heç müzakirələri də başlamayıb. Onlar bəzi məsələlərdə bu sənəddən istifadə edə bilərlər". Deputat bildirib ki, dəyişikliklərin edilməsində əsas məqsəd humanizm tədbirlərinin həyata keçirilməsi, birinci dəfə cinayət törədən şəxslərin müəyyən qədər cəzalarının yüngülləşdirilməsidir. "Narkomaniya ilə mübarizə tarixi onu göstərdi ki, məcburiyyətlə həyata keçirilən tədbirlər effekt vermir. Bu artıq reallıqdır. Bu baxımdan Cinayət Məcəlləsinin 74.1 və 93.4 maddələrinə biz bir daha baxa bilərik. Təbii ki, satmaq və yaymaq, xüsusən təşviq etmə məsələsində heç bir güzəşt ola bilməz. Burada çox ciddi tədbirlər həyata keçirilməlidir. 93.4-də xüsusi olaraq göstərilən maddəyə əsasən, həkim komissiyası buna rəy verirsə, burada həkim rəy komissiyasına üstünlük verilməlidir. Ümumiyyətlə, biz gələcəkdə narkomaniya ilə bağlı xüsusi yanaşma təqdim etməliyik. Qanunun fəlsəfəsi insanları cinayətdən çəkindirməyə, eyni zamanda insanların onlara yanaşmasının dəyişməsidir. Buna görə cənab prezidentə öz təşəkkürümüzü bildirik".
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov isə deyib ki, hər bir dövlətin cəza-hüquq siyasəti var. Qanunvericilik Azərbaycan dövlətinin cəza siyasəti ilə uyğunlaşmırdı. Yəni dövlət cəza siyasətində humanizmə üstünlük verir. O, bildirib ki, dünyanın heç bir ölkəsində ideal qanunvericilik sistemi yoxdur: "Zaman keçdikcə çatışmazlıqlar aradan qaldırılacaq. Hazırki qanun layihəsi humanizmlik prinsiplərinə əsaslanıb". Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31