Gündəm
Azərbaycan əleyhinə səs verən Ukraynanın müxalifət deputatları olub
Avropa Şurası Parlament Assambleyasının iclasında Ukraynadan olan müxalifətçi deputatların Azərbaycanın əleyhinə səs verməsi Ukrayna dövlətinin mövqeyini qətiyyən əks etdirmir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin iclasında çıxış edən Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev səsləndirib.
Milli Məclisdən məhbuslara müjdə
Azərbaycan prezidentinin cəzaların humanistləşdirilməsinə dair Cinayət Məcəlləsinə təklif etdiyi əlavə və dəyişikliklər layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunub. “Olaylar”ın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Layihədə yeni cəza növünün – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsiylə birlikdə 300-dən çox dəyişiklik, o cümlədən 34 cinayət üzrə cəzanın müddətinin azaldılması təklif edilir. Layihə səsə qoyularaq qəbul olunub.
Əməlində başqa cinayət tərkibi olmayan narkomanlar həbs olunmayacaq
Əməlində başqa cinayət tərkibi olmayan narkoman məcburi qaydada dövlət hesabına müalicə ediləcək. Ancaq onlar həbs olunmayacaq. “Olaylar” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə dəyişiklik məsələsi müzakirə olunub.
Qüdrət Həsənquliyev: “Azərbaycan ordusu Ermənistanda daşını daş üstündə qoymayacaq”
Müharibə başlayarsa Azərbaycan ordusu Ermənistanda daşını daş üstə qoymayacaq.“Olaylar” xəbər verir ki, bu fikri Milli Məclisin iclasında millət vəkili Qüdrət Həsənquliyev dilə gətirib. Millət vəkili prezidentlərin Cenevrə görüşündən sonra Serj Sarkisyanın açıqlamalarına reaksiya verərək, onun açıqlamalarını növbəti sayıqlama adlandırıb: “Serj Sarkisyan elə bir müddət öncə Naxçıvanda keçirilən hərbi parada baxıb bir dərs götürsün. Naxçıvanda keçirilən hərbi parad bir daha Azərbaycanın hərbi qüdrətinin göstəricisidir”.
Nazir vətəndaşları qəbul etdi
Oktyabrın 20 – də səhiyyə naziri Oqtay Şirəliyev Göyçay Mərkəzi Rayon Xəstəxanasında Göyçay, Ucar, Ağdaş, Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. "Olaylar" bildirir ki, qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
Mətbuat Şurasının sədri QDİƏT komitəsinin iclasında iştirak edib
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya Komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək 49-cu iclasında iştirak edib.
Hava yağmursuz olacaq
Oktyabrın 21-də Azərbaycan gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Xoşqədəmin verilişində axtarılan qızın atası özünü asdı
Gəncə şəhər sakini Azadxan Əliyev özünü asıb. Təxminən bir ay öncə azyaşlı qızı itkin düşən A.Əliyevin dünən yeddi mərasimi olub.
Ekspert: "D-8 sammitində Azərbaycanın iştirakı strateji cəhətdən vacibdir"
İstanbulda keçirilən D-8 sammitində Azərbaycanın iştirakı strateji cəhətdən vacib xarakter daşıyır. Bunu türkiyəli xarici siyasət üzrə ekspert və "Beyaz Hareket" siyasi hərəkatının baş əlaqələndiricisi Ərdəm Ərən deyib. Ekspert qeyd edib ki, D-8 sammitinin təşkili ölkənin keçmiş baş naziri Nəcməddin Ərbakanın fikri olub: "N.Ərbakandan sonra prezident Rəcəb Tayyib Ərdoğan D-8 ölkələri arasındakı münasibətlərin inkişafına böyük diqqət ayırıb".
ABŞ-ın PKK SİRRİ ORTAYA ÇIXDI: terrorçu geyimli amerikalı əsgərlər...
Suriyada Rakka şəhərinin İŞİD-dən azad edilməsi ilə bağlı ABŞ-ın sirri ortaya çıxıb. Əməliyyatdan reportaj hazırlayan hollandiyalı hərbi müxbir Hans Jaam Melissen YPG (PKK/PYD terror təşkilatının silahlı qanadı) üzvləri arasında ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin də olduğunu yazıb.
Özbəkistan prezidenti: Dağlıq Qarabağ münaqişəsinə dair Özbəkistanın mövqeyi dəyişilməzdir, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik
Özbəkistan Prezidenti Şavkat Mirziyayev “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün Daşkəndə gələn Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.
Uşaq əməyinin istismarı ilə bağlı seminar təşkil olunub
Əmək müqaviləsi yalnız on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər və bu yaş həddinə çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb olunur. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Uşaq əməyinin istismarı ilə bağlı nəzarət funksiyaları olan orqanların birgə fəaliyyətinin əhəmiyyəti” mövzusunda Bakının Nərimanov rayonunda təşkil etdiyi seminarda vurğulanıb.
Dindən məqsəd kimi istifadə edənlər
Ölkədə dini sahədə maarifləndirmə işlərinin aparılmasına, bu sahədə mövcud olan boşluqların aradan qaldırılmasına yönəlik tədbirlər, maarifləndirici xarakter daşıyan toplantı və konfransların keçirilməsinə baxmayaraq, hələ də müəyyən xarici qüvvələr ölkəmizdə dini zəmində hansısa qarşıdurma, gərginlik yaratmaq planları üzərində işləyirlər. Bunun üçün ölkəmizə İslam adı altında bəzi təriqət sahibləri, radikal dünyagörüşlü “dindarlar”ın ixrac edilməsi də həyata keçirilir.
Avropalaşan adət-ənənələrimiz
Azərbaycanın tarixən özünəməxsus adət-ənənələri, qaydaları olub. Bu adət-ənənələr. qızıl qaydalar həm xeyir, həm də şər məclislərini əhatə edib. Ancaq dünyamız inkişaf edib müasirləşdikcə qədimdən bizə miras qalan həmin adət-ənənələrimiz də avropalaşıb, qərbləşib. Toylarımız daha dəbdəbəli xarakter alıb, Qərb üsuluna keçib. Şər məclisləri, hüzur mərasimləri isə bir növ toya çevrilib.
“Qarabağda müharibə alovlanarsa bu, regional fəlakətə yol açacaq”
Bütün ciddi cəhdlərə və iradlara baxmayaraq ABŞ Helsinki Komissiyası Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu mövzusunda dinləmələr təşkil etdi. Dərhal qeyd edək ki, dinləmələr zamanı Dağlıq Qarabağ probleminin mövcudluğuünün özü beynəlxalq aləm üçün ciddi təhdid olduğu fikirləri səsləndirilib. ABŞ-ın ATƏT Minsk Qrupunda həmsədr olmuş Keri Kavano Helsinki komissiyasında Qarabağla bağlı dinləmələrdə çıxışı zamanı deyib ki, Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, əksinə bu, qaynar və çox təhlükəli münaqişədir.














