Gündəm
Vergi ödəyiciləri üçün özünəxidmətə keçid meyarı tətbiq olunur
Ölkədə həyata keçirilən iqtisadi islahatlardan biri də bu sahəyə informasiya kommunikasiya texnologiyaların tətbiqi ilə bağlıdır. Hazırda Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisi olduğundan həm də mallar, xidmətlər təqdim olunan platforma kimi çıxış edir. Daha doğrusu müasir tələblərə uyğun olaraq dövlət qurumları, özəl sektor öz xidmətlərini daha çox elektron formada təqdim etməyə üstünlük verirlər. Xüsusilə qeyd edilməlidir ki, ölkədə elektron ticarət növündən geniş şəkildə istifadə edilməkdədir. Bu kimi yenilikləri nəzərə alan Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti elektron xidmətlərdən sərbəst istifadə səviyyəsini əks etdirən özünəxidmətə keçid meyarının tətbiqinə başlayıb.
Ermənistana hərbi yardım nəyə hesablanıb?
Ənənəvi olaraq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesindən əvvəl və sonra müəyyən təxribatçı hərəkətləri ilə prosesə mane olan Ermənistana bu dəfə təxribatçı əməlində öz ağası da yaxından dəstək nümayiş etdirdi. Söhbət Rusiyadan və Azərbaycan-Ermənistan preidentlərinin Cenevrə görüşü ərəfəsində Moskvadan İrəvana növbəti hərbi yardımın ayrılmasından gedir.
Səkkiz aydır manat sabitdir, amma qiymətlər yenə də qalxır
Ölkədə mal və xidmətlərin qiymətlərinin süni şəkildə artması mşahidə olunur. Ekspertlərin qənaətinə görə, baş verən qiymət artımının heç bir iqtisadi əsası yoxdur. Bazarın tələb və təklif qaydalarını, insanların alıcılıq qabiliyyətini nəzərə almyan istehsalçılar əksər hallarda qiymələri özləri diktə edir.
Vəkilllər Kollegiyası məhkəmə xidmətlərini artıracaq
Son illər hər bir sahə kimi hüquq sahəsində də müəyyən addımların atılması, bu sahədə mövcud olan qanunvericlik bazasının təkmilləşdirilməsi və müasir dünyanın tələblərinə uyğunlaşdırılması kimi müsbət tendensiya müşahidə edilməkdədir. Elə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə və İnzibati Prosessual Məcəlləyə nəzərdə tutulan əlavə və dəyişikliklər də bu qəbildəndir. Məlumat üçün qeyd edək ki, dəyişikliklərə əsasən fiziki şəxslərin məhkəmədə vəkil olmayan hüquqi nümayəndələr tərəfindən müdafiə edilməsinə qadağa qoyula bilər.
Səfirlik işə qarışdı, "Qarabağ"la bağlı həqiqət öz yerini tapdı
Xəbər verdiyimiz kimi, İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo” “Atletiko”nun futbolçusu Yannik Karrasko haqda dərc etdiyi yazıda Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ”ı erməni klubu kimi təqdim edib.
Sergey Lavrov Avropa Şurasının baş katibi ilə görüşüb
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Avropa Şurasının baş katibi Torbyörn Yaqland arasında görüş keçirilib. Məlumata görə, görüşün yalnız protokol hissəsi mediaya açıq olub.
Yaponiyanın səfirliyində təxliyə - Bomba var?
Bu gün Moskvada Yaponiyanın səfirliyinə bomba qoyulması barədə anonim zəng olub. Anonim zəng paytaxt fövqəladə xidmətinə daxil olub. Məlumata görə, zəngdən dərhal sonra səfirliyin binası təxliyə edilib. Hazırda Qroxolski döngəsi 27 ünvanında yerləşən səfirliyin binası nəzarətə götürülüb. Binada mütəxəssislər tərəfindən axtarış aparılıır.
Avroliqada həftənin rəmzi komandası müəyyənləşdi
Avroliqada qrup mərhələsinin 3-cü turuna yekun vurulub. UEFA turnirdə həftənin simvolik yığmasını artıq açıqlayıb.Rəmzi komandada "Real Sosedad" 3, "Astana" isə 2 futbolçu ilə təmsil olunub.
İstanbulda D-8 IX Zirvə görüşündə Anlaşma Memorandumu imzalandı
Bu gün İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və digər ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə D-8 təşkilatı ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalanıb.
Prodüser Elşadı rüsvay etdi: "Alfons, ucuz narkoman, küçələrdə yatan..."
Elşad Xosenin dünən "Maşın " şoudan əməkdar artist Mehriban Xanlarovanı uzaqlaşdırması qərarı ilə razılaşmayanlardan biri də prodüser Sultandır. Prodüserin sosial şəbəkədə Elşad Xoseni necə rüsvay etməsini təqdim edir:
Putinin xüsusi Xəzər nümayəndəsi - Məqsəd nədir?
Xəbər verildiyi kimi ötən gün Rusiya prezidenti Dağıstan rəhbəri Ramazan Abdulatipovu özünün Xəzər regionu dövlətləri ilə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edib.
Əmək, məşğulluq və sosial müdafiənin aktual məsələlərinə dair beynəlxalq elmi-praktik konfrans keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin 20 illiyi ilə əlaqədar nazirlikdə “Əmək, məşğulluq və sosial müdafiənin aktual məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə aidiyyəti hökumət qurumlarının, ölkəmizin ali təhsil müəssisələrinin və Vilnus (Litva) Universitetinin nümayəndələri, həmçinin Litva və Moldovadan olan ekspertlər və b. iştirak edib.
Ərdoğan Bərzani ilə görüşü rədd etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani İlə görüşməkdən imtina edib. Bu barədə diplomatik mənbələrdən məlum olub.
Kataloniyada erkən seçkilər keçiriləcək
İspaniyanın müxalif Sosialist partiyası və İspaniya hökuməti Kataloniyada erkən regional seçkilərin keçirilməsi barədə razılıq əldə edib. Seçkilərin 2018-cu ilin yanvarında keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın xüsusi qrupundan Ermənistana ŞOK HÜCUMLAR: məxfi məlumatlar ələ keçirildi
Azərbaycanın “Anti-Armenian Team” haker qrupu 6 yaşını qeyd edir. Qrup 6 illik fəaliyyəti ilə bağlı məlumat yayıb. Əsas hədəfi işğalçı Ermənistan olan haker qrupu indiyə kimi bir sıra uğurlu əməliyyat həyata keçirib.














