Vəkilllər Kollegiyası məhkəmə xidmətlərini  artıracaq

Son illər hər bir sahə kimi hüquq sahəsində də müəyyən addımların atılması, bu sahədə mövcud olan qanunvericlik bazasının təkmilləşdirilməsi və müasir dünyanın tələblərinə uyğunlaşdırılması kimi müsbət tendensiya müşahidə edilməkdədir. Elə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə və İnzibati Prosessual Məcəlləyə nəzərdə tutulan əlavə və dəyişikliklər də bu qəbildəndir. Məlumat üçün qeyd edək ki, dəyişikliklərə əsasən fiziki şəxslərin məhkəmədə vəkil olmayan hüquqi nümayəndələr tərəfindən müdafiə edilməsinə qadağa qoyula bilər.

Hüquqşünas: "Məhkəmələrdə müdafiə işini yüksək səviyyədə təşkil etmək vacibdir"

Son illər hər bir sahə kimi hüquq sahəsində də müəyyən addımların atılması, bu sahədə mövcud olan qanunvericlik bazasının təkmilləşdirilməsi və müasir dünyanın tələblərinə uyğunlaşdırılması kimi müsbət tendensiya müşahidə edilməkdədir. Elə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə və İnzibati Prosessual Məcəlləyə nəzərdə tutulan əlavə və dəyişikliklər də bu qəbildəndir. Məlumat üçün qeyd edək ki, dəyişikliklərə əsasən fiziki şəxslərin məhkəmədə vəkil olmayan hüquqi nümayəndələr tərəfindən müdafiə edilməsinə qadağa qoyula bilər.

Qeyd edək ki, Ali Məhkəmə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə müraciət edib. Təklif olunub ki, fiziki şəxsləri məhkəmədə yalnız vəkillər müdafiə etsinlər. Yəni vətəndaş istədiyi şəxsi öz nümayəndəsi təyin edə bilməyəcək. Məqsəd nümayəndənin qeyri-peşəkarlığı nəticəsində yaranan süründürməçiliyin qarşısını almaqdır. Hüquqi şəxslərin məhkəmələrdə nümayəndələri vasitəsilə təmsil olunmalarına isə hər hansı məhdudiyyət nəzərdə tutulmur. Məsələ ilə bağlı fikirlərini bölüşən hüquqşünas Rövşən Məmmədli qeyd edib ki, mülki hüquq sahəsində mükəmməl formalaşmış, böyük təcrübəsi olan, peşəkar xidmət göstərən, məhkəmə iclaslarında yüksək davranış mədəniyyətinə yiyələnmiş, tərəflərin hüquqlarına sayqı ilə yanaşan, qanunların təfsirini mükəmməl verməyi bacaran, maddi və prosessual hüquq normalarının işin faktiki hallarına uyğun tətbiqini düzgün nəzərə çatdıran yüzlərlə hüquqşünas məhkəmə təmsilçiliyindən kənarda qalacaq: "Ölkədə yeganə Vəkilllər Kollegiyası olan qurum bu rəqabətdən də qurtulub, məhkəmə xidmətlərini birə-beş artıracaqlar. Daha pullu müştərilər arasında seçim edəcəklər. Ölkədə böyük vəkil qıtlığı yaranacaq.  İş o qədər çoxalacaq və sayca çox cüzi olan vəkillərin işi aşıb daşacaq. Sonucda onlar vətəndaşlara keyfiyyətsiz hüquq xidməti göstərəcəklər. Bu hallar məhkəmə iclaslarında gərginliklərlə müşahidə olunacaq və məhkəmədə tam, hərtərəfli və obyektiv araşdırmaların aparılmasına zərbə vuracaq. Məhkəmələrdə çəkişmə prinsipi zəifləyəcək, hakimlərin yaranmış vəziyyətdən öz maraqları üçün bəhrələnmə imkanlarını artıracaq, məhkəmə iclaslarında vətəndaşları təhqir, hədə və basqılara məruz qoyacaqlar.Sonucda mülki işlər ştampovka xarakteri alacaq, işlər başdan eləmək kimi aparılacaq və s". Hüquqşünasın sözlərinə görə, ən əsası isə əhalinin kasıb təbəqəsi bu haldan ziyan çəkəcək və faktiki olaraq məhkəmələrdə hüquqlarını müdafiə etmək imkanlarından məhrum olacaqlar: "Bu hal ölkədə hüquq mədəniyyətinin, hüquqi biliklərin, hüquq dərsliklərinin də təkmilləşməsinə ziyan vuracaq. Ən nəhayət isə ölkədə minlərlə işsiz hüquqşünaslar ordusu yaranacaq ki, onlar da peşələrinə hörmət əlaməti olaraq hakimiyyətdən iş yerləri tələb edəcəklər. Odur ki,5-10 nəfərin təxribatçı təkliflərinə getmək çox ciddi yanlışlıq olardı..Əksinə nümayəndəlik institunu daha da təkmilləşdirmək vacibdir. Bunun üçün nümayəndələrin müəyyən dövlət qeydiyyatından keçməsini təşkil etmək, hüquqşünas olmayanlara bu sahədə iştiraka qadağalar qoymaq, nümayəndələrin mülki hüquq sahəsində vətəndaşları birinci instansiya, apellyasiya məhkəmələrində təmsil etdikləri kimi Ali Məhkəmədədə sərbəst təmsil etmələrinə icazə vermək, cinayət işlərində zərərçəkənlərin hüquqlarını müdafiə etmələrini bərpa etmək lazımdır. Bir neçə il nümayəndəlik təcrübəsi olan şəxslərə vəkil statusu vermək lazımdır. Vəkillər qurumunu da bir yox, 4-5 quruma qaldırmaq vacibdir. Belə olarsa rəqabət şəraitində güclü vəkillər yetişər, əksər vəkillərin dəllallıq kimi əməlləri aradan qalxar. Bu da müstəqil qurum olan məhkəmə sistemində hakimlərin korrupsiya fəaliyyətlərinə, qanunu pozma hallarına birdəfəlik son qoyar". Rövşən Məmmədli onu da bildirib ki, əslində məhkəmənin sütunu hakimlər yox vəkillərdi: "Çünki, işin başlanğıcından sonuna kimi bütün əziyyətləri vəkillər çəkir. Sənəd-sübut toplayır, şahidlər dəvət edir, işin faktiki hallarına hakimlərin diqqətini çəkir, iddia tələblərini sübuta yetirən bütün hərəkətləri edir, yaxud iddianın əsassız olmasını sübut edən bütün hərəkətləri görür və s. Odur ki,vəkillərə hörməti sayqını artırmaq, onlara layiq olduqları yeri vermək, məhkəmələrdə müdafiə işini yüksək səviyyədə təşkil etmək vacibdir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31