“Qarabağda müharibə alovlanarsa bu, regional fəlakətə yol açacaq”

Bütün ciddi cəhdlərə və iradlara baxmayaraq ABŞ Helsinki Komissiyası Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu mövzusunda dinləmələr təşkil etdi. Dərhal qeyd edək ki, dinləmələr zamanı Dağlıq Qarabağ probleminin mövcudluğuünün özü beynəlxalq aləm üçün ciddi təhdid olduğu fikirləri səsləndirilib. ABŞ-ın ATƏT Minsk Qrupunda həmsədr olmuş Keri Kavano Helsinki komissiyasında Qarabağla bağlı dinləmələrdə çıxışı zamanı deyib ki, Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, əksinə bu, qaynar və çox təhlükəli münaqişədir.

Keri Kavano: "Bölgəyə gətirilən müasir silahlar daha mürəkkəb vəziyyət yaradır"

Bütün ciddi cəhdlərə və iradlara baxmayaraq ABŞ Helsinki Komissiyası Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu mövzusunda dinləmələr təşkil etdi. Dərhal qeyd edək ki, dinləmələr zamanı Dağlıq Qarabağ probleminin mövcudluğuünün özü beynəlxalq aləm üçün ciddi təhdid olduğu fikirləri səsləndirilib. ABŞ-ın ATƏT Minsk Qrupunda həmsədr olmuş Keri Kavano Helsinki komissiyasında Qarabağla bağlı dinləmələrdə çıxışı zamanı deyib ki, Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, əksinə bu, qaynar və çox təhlükəli münaqişədir. Amerikalı diplomat bildirib ki, tərəflər keçmişdən fərqli olaraq hazırda Qarabağ münaqişəsinin həllində razılaşmadan çox uzaqdırlar. Danışıqlar prosesinin tarixindən danışan amerikalı dilomat bildirib ki, zaman-zaman tərəflər daha çox kompromisə hazır olduqlarını bəyan ediblər: "Lakin uğurlu nəticə əldə etmək mümkün olmayıb". O, əlavə edib ki, münaqişə beynəlxalq status alandan sonra isə proseslər beynəlxalq aləmin diqqətindədir: "Elə bir Amerika prezidenti olmayıb ki, o, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatsız olsun". Diplomat atəşkəs rejiminə daha effektli nəzarət etmək üçün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin ofsinin genişləndirilməsinin və baş verən insidentlərin araşdırılması üçün mexanizmin yaradılmasının zərurliyini qeyd edib. Tərəflərin sürətlə silahlamasından narahatlıq keçirdiyini dilə gətirən amerikalı diplomat bildirib ki, bölgəyə gətirilən müasir silahlar daha mürəkkəb vəziyyət yaradır. O, əlavə edib ki, Cənubi Qafqaz ciddi dəyişikliklərə məruz qalmaqdadır: "Bölgədə iqtisadi inteqrasiya olsa da, dramatik siyasi dəyişikliklər baş verməkdədir". Prezidentlərin görüşünə toxunan diplomat bildirib ki, prezidentlər dəfələrlə siyasi həll yolu ilə bağlı bəyanatlar versələr də, lakin bu istiqamətdə fəaliyyət göstərilmir.

Qarabağ münaqişəsi üzrə müstəqil ekspert Maqdalena Qrono Helsinki komissiyasının Qarabağ münaqişəsi ilə bağlı təşkil etdiyi dinləmələrdən sonra keçirilən brifinqdə deyib ki, Qarabağda müharibənin alovlanması təhlükəsi böyükdür və əgər hərbi əməliyyatlar bərpa olunarsa, bu bölgədə humanitar fəlakətə səbəb olacaq. Onun sözlərinə görə, münaqişə yenidən alovlanarsa, bu, region ölkələrini də öz cənginə alacaq və bu istisna edilmir: "İlk olaraq bu Türkiyə və Rusiyaya aiddir. Hərbi qarşıdurma eyni zamanda, İran və Gürcüstana da öz təsirini göstərəcək. Gürcüstanda xeyli sayda etnik azərbaycanlı və erməni yaşayır. Münaqişənin alovlanması bu baxımdan təhlükəlidir". Ekspert hesab edir ki, münaqişə ərazi bütövlüyü prinsipinə əsaslanaraq özmüqəddəratını təyin etmə yolu ilə həllini tapmalıdır: "Lakin buna baxmayaraq, tərəflər arasında etimad yoxdur. Danışıqlar prosesində isə inam azdır. Tərəflər kompromisslərdən uzaqdır". Ekspertin fikrincə, tərəflər arasınsa siaysi və hərbi müstəvidə əlaqələrin olmaması isə çox təhlükəlidir: "Bu isə gələcəkdə vəziyyətin gərginləşəcəyi təqdirdə vəziyyətin nəzarətdən çıxamasına təkan verə biləcək haldır". Prezidentlərin son görüşünü təqdir edən ekspert onu da bildirib ki, görüşdən sonra hansısa dəyişikliyin olmaması narahatedicidir: "Əgər münaqişə yenilənmiş proseslər əsasında problem həll olunmazsa, biz o zaman real eskalasiya təhlükəsi ilə üzləşəcəyik və bu təhlükə realdır". Maraqlıdır, sözgedən dinləməlrin Dağlıq Qarabağ probleminin həllinə nə kimi təsiri ola bilər?
Politoloq Vasif Əfəndiyev deyib ki, hələ 2015-ci ilin sonlarında ermənipərəst qüvvələr ABŞ Helsinki Komissiyasında keçirilən dinləmələrdə Azərbaycana qarşı sərt qətnamələrin qəbul ediləcəyini iddia edirdilər. Helsinski Kommisiyasının rəhbəri Kris Smitə təqdim olunan qərar layihəsində həqiqətən də Azərbaycana qarşı nəinki sərt, hətta deyərdim ki, öldürücü bir qətnamə layihəsi idi. ABŞ Konqresinin Helsinski Kommisiyasının tərtib etdiyi bu layihədə Prezident də daxil olmaq şərti ilə Azərbaycanın yüksək vəzifəli şəxslərinin ABŞ-a girişinin qadağan olunması, ABŞ tərəfindən bütün humanitar, tibbi və ekoloji yardımların kəsliməsi, eləcə də 907-ci düzəlişə qoyulan vetonun aradan qaldırılması nəzərdə tutulurdu. Qəbul olunması istənilən sənəddə Azərbaycana qarşı böyük iqtisadi sanksiyalar nəzərdə tutulurdu. Neft və qaz ixracına qarşı embarqonun qoyulması, iş adamlarının və biznesmənlərin bank hesablarının dondurulması nəzərdə tutulurdu. Beynalxalq Bank və beynəlxalq valyuta fondlarına Azərbaycanla əməkdaşlığa son qoyulması tələb olunurdu: "Lakin düşmən ölkələrin ABŞ-ın qüdrətindən yararlanaraq iqtisadi çətinlik yaşadığımız zamanlarda yuxarıda sadalanan qərar qəbul olunmadı. Erməni siyasi ekspertləri ABŞ-ın bu təzyiqi ilə guya Azərbaycanı Ermənistanla aktiv hərbi müdaxiləyə sürükləməyə məcbur edəcəyini proqnozlaşdırsalar da zaman bütün bunların doğru olmadığını göstərdi. İlk növbədə bu qərarın qəbul edilməməsində əsas faktor Azərbaycanın xarici siyasətinin doğru olmasıdır. Zaman-zaman Azərbaycanda kök salmış və kifayət qədər uzantıları olan 5 -ci kolonun nümayəndələrinin ABŞ, Avropa və Türkiyə ilə münasibətləri kəskin şəkildə korlamağa çalışması cəhdlərinin olması təbii ki, müasir və sivil dövlət quruculuğumuza əngəllər yaradır. Bütün bunlara baxmayaraq Azərbaycanın yeni dünyada təmsil olunmaq üçün bütün imkanları var. Ölkəmizi islam ölkələri ilə müqayisə etsək (istəməsək də müqayisə etməyə məcburuq) ən mədəni və inkişaf etmiş olmasını hər kəs görməkdədir. Qarabağ cəbhəsində vəziyyət çox gərgin və həssasdır. Ermənistanın dayaq nöqtəsi olan qüvvə tərəfindən istənilən zaman atəşkəs rejimini poza biləcək təxribatlar törədilə bilər. Son günlərdə Rusiyanın Ermənistana yenidən 100 milyon dollarlıq hərbi texnika verməsi regionda Azərbaycanın xeyirinə dəyişmiş qüvvələr nisbətini kompensasiya etmək məqsədi güdür. Bu şəraitdə Azərbaycan bacardıqca çox dost və tərəfdar qazanmalıdır".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31