Qüdrət Həsənquliyev: “Azərbaycan ordusu Ermənistanda daşını daş üstündə qoymayacaq”
Müharibə başlayarsa Azərbaycan ordusu Ermənistanda daşını daş üstə qoymayacaq.“Olaylar” xəbər verir ki, bu fikri Milli Məclisin iclasında millət vəkili Qüdrət Həsənquliyev dilə gətirib. Millət vəkili prezidentlərin Cenevrə görüşündən sonra Serj Sarkisyanın açıqlamalarına reaksiya verərək, onun açıqlamalarını növbəti sayıqlama adlandırıb: “Serj Sarkisyan elə bir müddət öncə Naxçıvanda keçirilən hərbi parada baxıb bir dərs götürsün. Naxçıvanda keçirilən hərbi parad bir daha Azərbaycanın hərbi qüdrətinin göstəricisidir”.
20 Oktyabr 2017 15:44 SiyasətMüharibə başlayarsa Azərbaycan ordusu Ermənistanda daşını daş üstə qoymayacaq."Olaylar" xəbər verir ki, bu fikri Milli Məclisin iclasında millət vəkili Qüdrət Həsənquliyev dilə gətirib. Millət vəkili prezidentlərin Cenevrə görüşündən sonra Serj Sarkisyanın açıqlamalarına reaksiya verərək, onun açıqlamalarını növbəti sayıqlama adlandırıb: "Serj Sarkisyan elə bir müddət öncə Naxçıvanda keçirilən hərbi parada baxıb bir dərs götürsün. Naxçıvanda keçirilən hərbi parad bir daha Azərbaycanın hərbi qüdrətinin göstəricisidir". Millət vəkili əlavə edib ki, Sarkisyanın sərsəm açıqlamalar verməsinə baxmayaraq, Azərbaycanın Ali Baş Komandanı, prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqları ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək: "Bunu Sarkisyan yaxşı anlasın. Artıq Azərbaycanın hərbi qüdrəti 90-cı illərin əvvəlində olduğu kimi deyil və hərbi qüdrətimiz çox güclüdür. Elə Naxçıvanda keçirilən hərbi parad bunun bariz göstəricisidir. Əgər müharibə başlayarsa Azərbaycan nəinki işğal altındakı torpaqları işğaldan azad edəcək, eyni zamanda Ermənistanda daşı daş üstündə qoymayacaq".