Avropalaşan adət-ənənələrimiz
Azərbaycanın tarixən özünəməxsus adət-ənənələri, qaydaları olub. Bu adət-ənənələr. qızıl qaydalar həm xeyir, həm də şər məclislərini əhatə edib. Ancaq dünyamız inkişaf edib müasirləşdikcə qədimdən bizə miras qalan həmin adət-ənənələrimiz də avropalaşıb, qərbləşib. Toylarımız daha dəbdəbəli xarakter alıb, Qərb üsuluna keçib. Şər məclisləri, hüzur mərasimləri isə bir növ toya çevrilib.
20 Oktyabr 2017 15:26 SosialƏkrəm Həsənov: "İnsanlar kütləvi şəkildə nümayiş etdirmə yarışına giriblər"
Azərbaycanın tarixən özünəməxsus adət-ənənələri, qaydaları olub. Bu adət-ənənələr. qızıl qaydalar həm xeyir, həm də şər məclislərini əhatə edib. Ancaq dünyamız inkişaf edib müasirləşdikcə qədimdən bizə miras qalan həmin adət-ənənələrimiz də avropalaşıb, qərbləşib. Toylarımız daha dəbdəbəli xarakter alıb, Qərb üsuluna keçib. Şər məclisləri, hüzur mərasimləri isə bir növ toya çevrilib. Yəni, hüzr mərasimlərində spirtli içkidən başqa toyda qarşılaşdığımız bütün nemətlərə rast gəlmək mümkündür. Təbii ki, bu hal heç də normal qarşılanmır və cəmiyyətdə haqlı olaraq etirazlar yaradır. Müsbət tendensiya ondan ibarətdir ki, son illərdə həm xeyir, həm də şər məclislərində daha artıq israfçılığa yol verməmək, tarixi adət-ənənələrimizin qorunub saxlanmasına xidmət etmək məqsədilə müvafiq addımlar atılır, maarifləndirici tədbirlər həyata keçirilir. Və bu kimi addımlar cəmiyyət tərəfindən təqdir edilir. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da xeyir və şər məclislərində israfçılığa yol verilməsinin qarşısının alınması istiqamətində görülən tədbirləri yüksək qiymətləndirir. O, bildirib ki, Azərbaycanda qədimdən üzü bəri adət-ənənə halında, islam dinini də qəbul edəndən sonra müəyyən dini və dünyəvi mərasim formaları olub. Onun sözlərinə görə, xalqımız bu mərasimləri getdikcə yaşadıqları dövrün tələblərinə uyğun icra ediblər: "Müxtəlif insanlar da öz imkanları nisbətində həmin mərasimlərin həm adət-ənənədən çıxmamasına, həm də israfçılıqdan uzaq olmasına çalışıblar. Buna baxmayaraq imkanlı şəxslər bu gün də bu mərasimləri artıq çox nemətlərlə bəzəmiş, imkansız şəxslərin bir çoxu da bu cür zəngin məraismlərə baxaraq öz məraismlərində israfçılığa yol açmışlar. Bunun nəticəsində də bu gün toy və yas kimi milli, dini, vacib mərasimlərimizi icra etmək üçün çox hallarda insanların çoxu aciz qalırlar. Çünki, onlar yas və toy məclislərində aldıqları məvaciblərlə, qazandıqları pullarla bunu həyata keçirə bilmirlər. Məcbur qalırlar ki, ya borca girsinlər, ya da digər adamlar tərəfindən qınansınlar. Qınanmamaq üçün də bu cür mərasimləri yüksək səviyyədə edərkən kifayət qədər borc yükü altına girirlər. Halbuki, Allah təala insana gücündən artıq yükləmir və insanın özünün özünü yükləməsini də qadağan edib". Əkrəm Həsənov qeyd edib ki, bəziləri isə ümumiyyətlə adət-ənənələri görməzlikdən gəlirlər. İlahiyyatçı hesab edir ki, belə şəxslər ya özlərini göstərmək, , ya dinə daha çox həris olduqlarını reklam etmək, ya da dini məsələlərdə olduğu kimi və yetəri qədər məlumatsızdırlar: "Buna baxmayaraq çox sevindiricidir ki, müasir media elmi din adamlarından istifadə edərək cəmiyyəti narahat edən aktual mövzular açırlar. Bu gün bir çox dindarlarla cəmiyyəti qarşı-qarşıya qoyan məsələlərdən biri də toyların dini toy adı altında həyata keçirilməsidir. Əlbəttə Allah təala Qurani Kərimdə evlənməyi subaylara əmr edib. Allah Rəsulu (s.ə.s) dövrünə uyğun olaraq bunun qaydalarını və sərhədlərini müəyyən edib. Bu gün şəriəti yaşayan müsəlmanlar digər məsələlərdə olduğu kimi toy-düyün məsələlərində də çox böyük yanlışlara yol verirlər. Xüsusi ilə bu gün bəzi özlərinə "həci", "məşədi" deyən və digər insanlardan onları belə adlandırmağa çalışan özünü dindar göstərənlər vardır ki, onlar bizim milli adət-ənənlərimizdən və dinimizdən olan toyu öz baxışlarına uyğun edərək insanların ikrahına səbəb olurlar. Kənardan baxanlar da elə bilirlər ki, din bu "həci"nin, "məşədi"nin başa düşdüyü kimidir və onun toy etdiyi kimi müsəlmanlar toy etməlidirlər. Bu "həci"lər, "məşədi"lər öz övladlarına toy edəndə məsələn Allahın haram etdiyi, kefi açan "şərabı" məclisə qoymurlar ki, bunu içmək haramdır. Amma digər başqa böyük haramları öz toylarında adiləşdirirlər. İslam dininə görə əlbəttə evlənən cütlüklərin bəyan olunması mənbələrdə bildirilib və Allahın Rəsulu (s.ə.s) buyurub ki, evliliyi elan etmək üçün düyün ziyafəti verin. Hətta bəzi hədislərdə düyün ziyafəti zamanı qadınların da öz aralarında oynamasına icazə verilib. Hətta toy-düyün sevincli bir iş olduğu üçün sevinci ifadə edən halal və gözəl nemətlərdən istifadə edilməyə də icazə verilib. Bu dini baxımdan icazəlidir. Burada əsas odur ki, dinin qadağan etdiyi haramlara yol verilməsin. Bu haramlardan biri də toylarda həddən artıq israfçılığın olmasıdır". Əkrəm Həsənov onu da vurğulayıb ki, dinimizə görə insanlarda olan nemətlər uca Allahın onlara verdiyi bir bəxşişdir: "Allah təala insanları müxtəlif nemətlərlə onların özlərini necə aparmaları ilə imtahana çəkir. Elə şəxsiyyətli insanlar vardır ki, onlar dərk edirlər ki, onlarda olan nemətlər imtahan üçün müvəqqəti olaraq onlara verilib və həmin insanlar özlərində olan nemətləri digər insanlarla paylaşırlar. Amma bu gün cəmiyyətimizdə "hamı özü üçün" prinsipi ilə yaşayırlar. Belə ki, müxtəlif toy və yas mərasimlərində insanların gözünün önündə müxtəlif yemək növləri sərgilənir. Biz bilirik ki, bəzi insanlar bunu dərk edirlər ki, sərgilədikləri bu nemətlərdən digər insanlar məhrumdurlar. Çünki, uca Allah hamıya eyni neməti eyni çoxluqda vermir. Birinə çox nemət verir ki, az neməti olanla bölüşsün. Həmçinin az neməti olan quluna da imtahan üçün az nemət verərək onun dözümlü, yoxsa Allaha qarşı asilik edən biri olacağını yoxlamaq üçün azaldır. Bütün nemətlər hamısı belədir. Bu barədə Quran ayələri də vardır. Allah təala bu ayələrdə bildirir ki, biz sizə çox nemətlər verməklə və az nemət verməklə bir birinizlə imtahana çəkirik. Həqiqət bundan ibarətdir. Bu gün elə insanlar vardır ki, onların evində aylarla ət bişmir. Onlar bu neməti digər insanlardan fərqli olaraq dada bilmirlər. Elə insnalar da vardır ki, kifayət qədər yeməkləri zibilliyə atırlar. Çox hallarda cəmiyyətdə tarazlıq qorunub saxlanılmır. Əvvəllər böyüklərimiz bizə deyərdilər ki, əlində olan çörəyi evində ye, həyətə, qonşuya əlində olan çörəklə getmə. Çünki, həyətdə olan uşağın, ya da qonşunun imkanı zəifdir və sənin kimi çörək tapıb yeyə bilmir. Bizim də elə güclü imkanımız yoxdur ki, özümüzə aldığımız çörəkdən onlara da alıb verək. Yəni, belə ailələr əvvəllər olub, indi də vardır. Özündə olan nemət ancaq özünə kifayət etdiyi üçün, digər insanlarla bölməyə imkanı olmadığı üçün istəmir ki, əlindəkini göstərərək ehtiyacı olanı şişirtsin. Bu gün isə elə vəziyyət yaranıb ki, insanlar hətta kütləvi şəkildə göstəriş yarışına giriblər. Əsas da göstərmələri bir yana, imkanları olduğu halda belə ehtiyacı olanlarla əllərindəki nemətlərdən paylaşmırlar. Toy mərasimlərinə daha çox kasıblar dəvət olunmalı olduğu halda bu gün görürük ki, toy mərasimlərinə də ancaq qazanc əldə etmək məqsədi ilə bəzi şəxslər ancaq varlı, imkanlı adamları dəvət edirlər. Bu da dinimizcə bəyənilmir. Toy mərasimlərində yemək çeşidlərində israfçılığa çox yol verilməməlidir".
Süleyman