"Azərsu" ASC “Məzun-2017” əmək yarmarkasında təmsil olunur
Azərbaycan Dövlət İqtisad Universitetində əmək yarmarkası keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Məzun-2017” yarmarkasında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də iştirak edib. Yarmarkada “Azərsu” ASC-nin xüsusi stendi quraşdırılıb. “OLAYLAR”-ın xəbərinə görə, stendlə maraqlanan tələbə və məzunlara Səhmdar Cəmiyyətin fəaliyyəti, kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən proqramlar, karyera imkanları barədə məlumat verilib, işə qəbulla bağlı 200-dək müraciət anketi toplanıb.
20 Oktyabr 2017 16:27 SosialAzərbaycan Dövlət İqtisad Universitetində əmək yarmarkası keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Məzun-2017" yarmarkasında "Azərsu" Açıq Səhmdar Cəmiyyəti də iştirak edib. Yarmarkada "Azərsu" ASC-nin xüsusi stendi quraşdırılıb. "OLAYLAR"-ın xəbərinə görə, stendlə maraqlanan tələbə və məzunlara Səhmdar Cəmiyyətin fəaliyyəti, kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən proqramlar, karyera imkanları barədə məlumat verilib, işə qəbulla bağlı 200-dək müraciət anketi toplanıb.
Yarmarkanın gedişində təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovla görüş keçirilib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, 13 xarici və 4 yerli şirkətin təmsil olunduğu "Məzun-2017" əmək yarmarkasında "Azərsu" ASC İşlər idarəsinin İnsan resursları şöbəsinin əməkdaşları ilə təmsil olunub. Yarmarka təhsil seçimi, təcrübə və ixtisasartırma, işaxtaranlarla birbaşa təmas yaratmaq, onları müvafiq sahələrə istiqamətləndirmək, peşəkar mütəxəssisləri cəlb etmək və məşğulluğun təmin edilməsi baxımından əhəmiyyət daşıyır.