UEFA “Qarabağ”ın rəqibilə bağlı istintaqa başladı
UEFA Çempionlar Liqasında “Qarabağ”ın da yer aldığı C qrupunun üzvü “Roma”ya irqçilik iddiaları ilə bağlı istintaq işi açıb. Qrupda yer alan “Çelsi” - “Roma” matçında azarkeşlərinin irqçilik etdiyi iddiası ilə qonaq komanda haqqında araşdırmaya start verilib.
20 Oktyabr 2017 17:27 İdmanUEFA Çempionlar Liqasında "Qarabağ"ın da yer aldığı C qrupunun üzvü "Roma"ya irqçilik iddiaları ilə bağlı istintaq işi açıb. Qrupda yer alan "Çelsi" - "Roma" matçında azarkeşlərinin irqçilik etdiyi iddiası ilə qonaq komanda haqqında araşdırmaya start verilib. UEFA-dan verilən açıqlamada çərşənbə günü "Stamford Bridge"də keçirilən və 3-3 hesabı ilə başa çatan matçda "Roma" tərəfdarlarının irqçiliyi ehtiva edən sloqanlar atdığı bildirilib. Belə ki, italiyan tərəfdarlar qarşılaşmanın son dəqiqlərində hazırda "Çelsi"də forma geyinən keçmiş "Roma" oyunçusu Antonio Rudigerə qarşı şüarlar səsləndiriblər. İstintaqın nəticələri 16 noyabr keçiriləcək toplantıda bəlli olacaq. Publika.az