Binəqədidə məktəb direktorları üşün sessiya keçirilib

2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları”nın sayca 11-ci sessiyaları təşkil olunub.  Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən sessiyalar Binəqədi rayonunun ümumi təhsil məktəblərini əhatə edib.   “OLAYLAR”-ın xəbərinə görə. sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və  təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri  iştirak ediblər.

2017-2018-ci tədris ili üzrə "Məktəb seminarları"nın sayca 11-ci sessiyaları təşkil olunub.  Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən sessiyalar Binəqədi rayonunun ümumi təhsil məktəblərini əhatə edib.   "OLAYLAR"-ın xəbərinə görə. sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və  təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri  iştirak ediblər. "Məktəb seminarları" layihəsinin 3-cü ilində əsas məqsəd "Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində təsdiq edilmiş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.   Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəblərdə Fəaliyyət Planı üzrə işin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, yeni layihələrin icrası, təmayülləşmənin tətbiqi, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili, məktəbəhazırlıq qruplarının uşaqların inkişafına təsiri, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti və digər müvafiq məsələlərə toxunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31