Astanadan Bakıya uçan sərnişin təyyarəsində PROBLEM - Geri qayıtdı
Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya avadanlığında yaranan problem səbəbindən Qazaxıstan paytaxtına geri qayıdıb. Bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.
22 Oktyabr 2017 08:34 DünyaOktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya avadanlığında yaranan problem səbəbindən Qazaxıstan paytaxtına geri qayıdıb.
Bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.
"Avialayner saat 22:56-da (Bakı vaxtı ilə 20:56-da) ştat rejimində eniş edib. Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər", - deyə məlumatda qeyd olunur.
Təyyarənin göyərtəsində 90 nəfər sərnişinin olduğu bildirilir. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31