Ukrayna mətbuatı Gənc Tamaşaçılar Teatrından yazıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Ukraynanın paytaxtı Kiyevdə “Mariya” Beynəlxalq Monotamaşalar Festivalında təmsil olunub. Olaylar bildirir ki, sənət ocağının aktyoru, Əməkdar Artist Şövqi Hüseynov P.Züskindin “Kontrabas” tamaşası ilə festival iştirakçılarının qarşısına çıxıb.Tamaşanın nümayişindən sonra iştirakçı dövlətlərin teatr xadimləri səhnə əsəri haqqında müsbət rəy bildiriblər. Ukraynanın ən çox oxunan “Gün” qəzetində tanınmış yazıçı, teatr tənqidçisi Dmitriy Drozdovskinin festivalda təqdim olunan ən yaxşı tamaşalara həsr olunmuş “Sənət mədəniyyətin müxtəlifliyində” adlı məqaləsi dərc edilib. Məqalədə ilk olaraq “Kontrabas” tamaşası haqqında söz açılır.
21 Oktyabr 2017 18:16 Teatr və kinoAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Ukraynanın paytaxtı Kiyevdə "Mariya" Beynəlxalq Monotamaşalar Festivalında təmsil olunub.
Olaylar bildirir ki, sənət ocağının aktyoru, Əməkdar Artist Şövqi Hüseynov P.Züskindin "Kontrabas" tamaşası ilə festival iştirakçılarının qarşısına çıxıb.Tamaşanın nümayişindən sonra iştirakçı dövlətlərin teatr xadimləri səhnə əsəri haqqında müsbət rəy bildiriblər.
Ukraynanın ən çox oxunan "Gün" qəzetində tanınmış yazıçı, teatr tənqidçisi Dmitriy Drozdovskinin festivalda təqdim olunan ən yaxşı tamaşalara həsr olunmuş "Sənət mədəniyyətin müxtəlifliyində" adlı məqaləsi dərc edilib. Məqalədə ilk olaraq "Kontrabas" tamaşası haqqında söz açılır.
Bildirilir ki, Şövqi Hüseynov fəlsəfi, insani hisslərlə dolu bir əsərdə qəhrəmanın dramını tam və bütöv şəkildə təqdim etməyin öhdəsindən ustalıqla gəlib. Aktyor "balaca adam"ın sərhədlər tanımayan, bitib tükənməz intellektini tamaşaçıya səmimi şəkildə ötürə bilib.
Müəllif vurğulayır ki, tamaşanın maraqlı səhnə həlli qəhrəmanın həm daxili, həm də xarici duyğularını dəqiqliklə yaşamağa və inandırıcı ştrixlərlə çatdıra bilib.