Yaponiya növbəti təbii fəlakətlə üz-üzə

"Lan” qasırğası Yaponiya sahillərinə yaxınlaşır. Yaponiya Meteorologiya Agentliyinin mütəxəssisləri "Lan" qasırğasının Filippin dənizi üzərində olduğunu və Yaponiyaya təxminən 15 km/saat sürətlə hərəkət etdiyini bildiriblər.

"Lan" qasırğası Yaponiya sahillərinə yaxınlaşır. Yaponiya Meteorologiya Agentliyinin mütəxəssisləri "Lan" qasırğasının Filippin dənizi üzərində olduğunu və Yaponiyaya təxminən 15 km/saat sürətlə hərəkət etdiyini bildiriblər. Onların fikrincə, "Lan" qasırğası oktyabrın 22-də, bazar günü gecəsində Yaponiya sahillərinə yaxınlaşacaq. Qasırğa nəticəsində Yaponiyanın güclü daşqın və torpaq sürüşməsi ilə üz-üzə qalacağı gözlənilir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31