""Twitter" hesabım olmasaydı, prezident ola bilməzdim"
ABŞ prezidenti Donald Tramp özünün sosial şəbəkələrdən daim istifadə etməsini müdafiə edib. O, "Fox Business Network"a müsahibəsində deyib.
22 Oktyabr 2017 13:49 DünyaABŞ prezidenti Donald Tramp özünün sosial şəbəkələrdən daim istifadə etməsini müdafiə edib.
O, "Fox Business Network"a müsahibəsində deyib.
Tramp "Twitter" hesabının olmayacağı təqdirdə prezident seçkilərində qalib gələ bilməyəcəyini etiraf edib. "Twitter"də yazmaq, sanki, çap maşını kimi bir şeydir. Mən nəyisə yazan kimi, dərhal siz bunu öz şounuza yerləşdirirsiniz. Əgər sosial medialar olmasaydı, burada olacağıma şübhə edirəm", - deyə o bildirib. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31