ABŞ-dan Rakka üçün yeni təlimat: “Heç kimi sağ buraxmayın!”
ABŞ-ın Suriyadakı təmsilçisi Bred Makqark Rakkada yeni qətliamlar üçün təlimat verib. O, şəhərdə 300 İŞİD üzvü olduğunu iddia edib və “onları canlı buraxmayın. Onlar Rakkada öləcəklər. Bizim məqsədimiz öldürməkdir” - deyib.
23 Oktyabr 2017 11:51 DünyaABŞ-ın Suriyadakı təmsilçisi Bred Makqark Rakkada yeni qətliamlar üçün təlimat verib. O, şəhərdə 300 İŞİD üzvü olduğunu iddia edib və "onları canlı buraxmayın. Onlar Rakkada öləcəklər. Bizim məqsədimiz öldürməkdir" - deyib. B.Makqark ABŞ təyyarələrindən atılan bombalar və PKK silahlıları ilə 4200 dinc sakinin öldürüldüyü şəhərdən heç kimin sağ çıxmamasına işarə verib: "Bizim vəzifəmiz İŞİD-ə qoşulmaq məqsədi ilə Suriyaya gələnləri elə buradaca öldürməkdir. Əgər onlar Rakkadadırlarsa, elə burada da öləcəklər. Şəhərə gələn əcnəbilərin sağ buraxılmamasının ən böyük yararı isə onların ölkələrinə geri qayıtmasını əngəlləməkdir". Publika.az