Ermənistanda keçmiş döyüşçülərə ömürlük həbs veriləcək

Ermənistanda "Sasna Tsrer" təşkilatının üzvlərinə ömürlük həbs cəzası veriləcək. Siyasi məhbuslardan 5 nəfərin İrəvanda post-patrul xidməti alayının binasının ələ keçirilməsi haqda öncədən məlumatlı olmadığı, Jirayr Sefilyanı müdafiə məqsədilə etiraz aksiyalarında iştirak etdiyi bildirilib. Üç siyasi məhbusa - Smbat Barseğyan, Pavlik Manukyan və Varujan Avedisyana qarşı daha ağır cəza tətbiq ediləcəyi qeyd edilir. Belə ki, məhkəmə Pavlik Manukyan və Varujan Avedisyanı hadisənin əsas təşkilatçısı kimi tanıyaraq, onlara ömürlük həbs cəzası verməyi planlaşdırır.

Qeyd edək ki, 2016-cı il iyulun 17-də keçmiş döyüşçülər Serj Sarkisyanın ölkədə apardığı siyasətə etiraz edərək, post-patrul xidməti alayının binasını ələ keçirib. Onların tələbi başda Jirayr Sefilyan olmaqla, digər siyasi məhbusların azadlığa buraxılması və Sarkisyan rejiminin istefası olub. AzVision.az "Jamanak" qəzetinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31