162 dövlət əmlakı hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21 noyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 162 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 43-ü kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u isə nəqliyyat vasitəsidir.
23 Oktyabr 2017 13:45 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21 noyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 162 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 43-ü kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u isə nəqliyyat vasitəsidir. Komitədən "Olaylar"a verilən məlumata görə, prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə, Şəmkir, İmişli, Yardımlı, Lənkəran, Neftçala və digər şəhər və rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Sumqayıtda yerləşən 22 saylı mağaza, Qazax ərazi yun tədarükü və qəbulu idarəsi, Gəncədə yerləşən 3 saylı avtodayanacaq kimi iri dövlət əmlakları var. Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 6-ı sənayə, 15-i xidmət, 10-a yaxını iaşə, qalanları isə digər sahələrə aiddir.