Azərbaycandan bir çox ölkələrə örnək sayıla biləcək addım

Azərbaycan hüquqi sahədə daha bir yeniliyə imza atmaqdadır. Söhbət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər etməklə cəzaların yüngülləşdirilməsindən gedir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi və ötən həftə sonu Milli Məclisin təsdiqlədiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsiylə cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsinə start verilir. 

Azərbaycan hüquqi sahədə daha bir yeniliyə imza atmaqdadır. Söhbət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər etməklə cəzaların yüngülləşdirilməsindən gedir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi və ötən həftə sonu Milli Məclisin təsdiqlədiyi "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsiylə cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsinə start verilir.  Beləliklə Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik ediləcək ki,  bütün bunlar dövlət başçımız cənab İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 sərəncamında nəzərdə tutlan cəza siyəsətinin humanistləşdirliməsi yolunda çox mühüm addımlardır. Millət vəkili Sahib Alıyev deyir ki,  cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması fələsəfəsinə dayanan bu dəyişikliklər 3 baxımdan yüksək qiymətləndirlilməlidir: "Birincisi, minlərlə suç işləmiş insana əvvəllər nəzərdə tutlduğundan daha yüngül cəza növü tətbiq ediləcək və bu bir sıra hallarda çəzanın həbsxanada deyil, evdə çəkilməsi, digər hallarda daha yüngül, alternativ növləriylə əvəz olunması deməkdir. Ağır rejimli həbsxanalarda insanlar heç də həmişə tərbiyə olunub çıxmırlar, əksinə oradakı mühit onların xarakterlərində dərin iz buraxır ki, bu da gələcək davranışlarına təsirsiz ötüşmür.  Ona görə də yüngül cəza törədib həbsxanaya düşən adamların sonradan daha ağır cəza törətməsi hallarına az rast gəlinmir". Millət vəkilinin sözlərinə görə,  yeni dəyişikliklər mümkün qədər bu cür mənfi haların qarşısını alacaq: "Bütövlükdə isə cəza sistemində sərt gücü daha çox yumşaq güclə əvəzləməklə qanunla cəmiyyət arasında uyumluluq potensialını xeyli artıracaq,
Siyasi baxımdan götürsək, Azərbaycan bununla bir çox ölkələr üçün örnək sayıla biləcək addım atdı. Həm də söhbət o ölkələrdən gedir ki, onlar bəzən bizə insan haqqlarından dərs keçməyə qalxsalar da, özlərində caza siyasətinin humanistləşməsi yönündə hələ bu cür təsirli addımlar atılmayıb". Sahib Alıyev bildirib ki, məsələnin üçüncü tərəfinə gəldikdə dövlət bununla cəzaçəkmə yerlələrində minlərlə adamı yedirib-içirmək və saxlamaq yükündən azad olur. Millət vəkilinin sözlərinə görə, buradan qənaət edilən vəsait başqa sahələrə, eyni zamanda elə həmən cəzaçəkmə yerlərində vəziyyətin daha da yaxşılaşdırlmasına yönəldilə bilər.

Millət vəkili Vüsal Hüseynov Cinayət Məcəlləsinə edilən dəyişikliklərdəki bir sıra vacib məqamlara diqqət çəkib. Bildirib ki, Cinayət Məcəlləsinə edilən dəişikliklərə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkum azadlıqdan məhrum etmənin ən az 25 ilini həqiqətən çəkdikdə, bu müddətdə qəsdən cinayət törətmədikdə və məhkəmə şəxsin həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gəldikdə məhkəmə ömürlük azadlıqdan məhrum etmə cəzasını artıq 15 ilədək deyil, 10 ilədək müddətində azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə bilər: "Cinayət Məcəlləsinə təklif edilən yeni dəyişikliklərə əsasən Məcəllənin 178.1, 179.1, 186.1, 187, 189-1.1 və 189-1.2- ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs əgər (1) zərərçəkmişlə barışarsa və (2) ona dəyən zərəri tamamilə ödəyərsə, cinayət məsuliyyətindən azad olunur. Bu şəkildə cinayət məsuliyyətindən azad etmə dələduzluq (178. maddə), mənimsəmə və ya israfetmə (179. maddə), əmlakı qəsdən məhv etmə və ya zədələmə (186. maddə), əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə (187. maddə), təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması (189-1. maddə) cinayətləri barəsində tətbiq olunacaq. Əgər şəxs Məcəllənin 178.2, 179.2 186.2, 186.3, 189-1.2- 1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmişdirsə, onda cinayət məsuliyyətindən azad olunmaq üçün (1) zərərçəkmiş şəxslə barışmaq və (1) ona dəyən zərəri tamamilə ödəməkdən əlavə, (3) vurulmuş ziyanın bir misli qədər dövlət büdcəsinə ödəniş etməlidir". Millət vəkilinin sözlərinə görə, əgər şəxs Məcəllənin Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmişdirsə, onda cinayət məsuliyyətindən azad olunmaq üçün (1) zərərçəkmiş şəxslə barışmaq və (2) ona dəyən zərəri tamamilə ödəməkdən əlavə, (3) vurulmuş ziyanın iki misli qədər dövlət büdcəsinə ödəniş etməlidir: "Dəyişikliklərdən əvvəl yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma əgər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyətinə səbəb olurdu. Qaydalara əsasən bu əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad olunmasının hər hansı halı nəzərdə tutulmurdu. Yeni dəıyişikliklərə əsasən bu əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir".

S.İsmayəlbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31