"İstəmirəm o şəkillərim ələ düşsün, ölə bilərəm" - Xalq artisti illərdir gizlətdiyi şəkillərini yandırdı

Nisə Qasımova illərdir albomunda saxladığı şəkillərini yandırıb. Xanım sənətkar gənclik illərində və sonralar səhnəyə çıxdığı açıq-saçıq geyimdəki şəkilləri ilə yanaşı, geyimlərinə də od vurub.

Nisə Qasımova illərdir albomunda saxladığı şəkillərini yandırıb. Xanım sənətkar gənclik illərində və sonralar səhnəyə çıxdığı açıq-saçıq geyimdəki şəkilləri ilə yanaşı, geyimlərinə də od vurub.

Xalq artisti səbəbini belə izah edib: "Mən o şəkillərə baxanda utanıb, yerə girirəm. İnanın ki, onu mənə dəfələrlə göstərsələr, mən ölə bilərəm. Mən dekolteli, açıq-saçıq şəkillərimə baxıb utanıram. Evdə dedim ki, bunların hamısını yığışdırıb, yandırın. Dekolte geyimlərim var idi, onları yandırdım. O səhvlərə mən də yol vermişəm. İstəmirəm ələ düşsün, istəmirəm o şəkilləri təkrarən görüm. Mən ikinci dəfədir ki, şəkillərimi yandırıram. Birinci uşaqlıq şəkillərim idi. İstəmədim o Nisədən əsər-əlamət qalsın. Nə qədər yaxam, başım, yanım-yörəm açıq olsa, o əcaib pozalar var ki, sovet vaxtı biz filmlərdə elə şey görəndə gözümüzü tutardıq ki, "Ayıbdır, adam belə şeyə baxmaz"".  Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31