Gündəm

"Exo Moskvı" radiostansiyasına hücum: aparıcı boğazından yaralandı

23 Oktyabr 2017 16:05

Polis "Exo Moskvı" radiosunun aparıcısı Tatyana Felqenhauer-ə hücumun əsas versiyası kimi dələduzluğu nəzərdən keçirir. Bu barədə məlumatlı mənbəyə istinadən “İnterfaks” yazıb. "İlkin məlumatlara görə, Tatyana Felqenhauer-ə hücum etmiş şəxs jurnalistlə tanış olub. Bu hadisədə şəxsi motiv nəzərdən keçirilir. Hücum Felqenhauer-in jurnalistlik fəaliyyəti ilə bağlı deyil”, -deyə agentliyin həmsöhbəti bildirib.

İsveç Şimali Koreyadan 43 il əvvəlki borcunu tələb edib

23 Oktyabr 2017 16:03

İsveç Şimali Koreyadan 43 il əvvəl "Volvo" avtomobillərinin tədarükü ilə bağlı yaranmış borcu qaytarmasını tələb edib.

Türkiyə hökuməti Almaniyadan 81 nəfərin ekstradisiyasını tələb edib

23 Oktyabr 2017 16:00

Türkiyə hökuməti Almaniyadan 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddə şübhəli bilinən 81 nəfərin ekstradisiyasını tələb edir. “Deutsche Welle” xəbər verir ki, bunu Almaniya Federal Ədliyyə Nazirliyi ölkə parlamentindəki “Sollar” fraksiyasının məsələ ilə bağlı sorğusunu cavablandırarkən bildirib.

Gizli iqtisadiyyatın qarşısı alınır

23 Oktyabr 2017 15:53

İstənilən ölkədə qeyri-rəsmi məşğulluğun olması iqtisadi inkişafa mənfi təsir etməklə yanaşı, həm də vətəndaşların mənafelərinin qorunması baxımından ziyanlıdır. Daha dəqiq, qeyri-leqal işçilərin mövcudliğu bir tərəfdən vergidən yayınmaqdırasa, digər tərəfdən işçilərin əmək və sosial hüquqlarının pozulması deməkdir. Məhz belə halları nəzərə alan prezident İlham Əliyev "Azərbaycan Respublikasında qeyri- rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

ABŞ Türkiyəyə qarşı hücuma hazırlaşır - BÖYÜK TOQQUŞMA

23 Oktyabr 2017 15:52

İdlibin təmizlənməsi əməliyyatına başlayan Türkiyəyə qarşı yeni hücum planlaşdırılır. PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-dən təşkil olunan Suriya Demokratik Qüvvələri (SDQ) ABŞ-ın dəstəyi ilə Rakkanı İŞİD-dən təmizləyəndən sonra İdlibə hücuma hazırlaşır.

Lavrov: "Rusiya şirkətləri İraq Kürdüstanında fəaliyyətlərini genişləndirməkdə maraqlıdır"

23 Oktyabr 2017 15:50

"Rusiya şirkətləri İraqKürdüstanında fəaliyyətlərini genişləndirməkdə maraqlıdırlar". Məlumata görə, bunu Rusiyanın xarici işlər naziriSergey Lavrov iraqlı həmkarı İbrahim əl-Cəfəri ilə keçrilən görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib. 

Coğrafiya İnstitutu: Yeni yolların çəkilməsi sürüşmələrin aktivləşməsinə səbəb olur

23 Oktyabr 2017 15:49

Son zamanlar Azərbaycanda xüsusilə dağlıq ərazilərdə yeni yolların çəkilməsi sürüşmə sahələrinin genişlənməsi və aktivləşməsinə səbəb olur. Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov  deyib ki, yeni yolların çəkilməsi yamaclarda tarazlığın pozulması ilə nəticələnir. Onun sözlərinə görə, belə yollara Şamaxıdan Qızmeydana gedən yolu, həmin yolun Pirsaatçay dərəsini kəsib keçən, Pirsaatın sol yamacında olan əraziləri daxildir.

Azərbaycan prezidentinin köməkçisi: "AŞPA müəyyən dairələrin əlində alətə çevrilib"

23 Oktyabr 2017 15:47

"Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı qərəzli olan bir qurumdur". Məlumata görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov bildirib. 

Sergey Lavrov: “Ümid edirik ki, Bağdadla İraq Kürdüstanı arasında müharibə olmayacaq”

23 Oktyabr 2017 15:45

“Moskva Bağdadla İraqKürdüstanı arasında müharibə olmayacağına ümid edir”. Bunu Rusiyanın xarici işlər naziriSergey Lavrov iraqlı həmkarı İbrahim əl-Cəfəri ilə keçirilən görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.  S. Lavrov Rusiyanın rəsmi Bağdad və Ərbilə İraq Kürdüstanı ətrafında vəziyyətin nizamlanmasına dair planlarını təklif etməyəcəyini deyib: "Hesab edirəm ki, planda tərəflər özləri birbaşa dialoqa getməyə, yoxsa onlara hansısa vasitəçinin olmasına qərar verməlidir".

Nazir müavini: "Türkmənistan qazının İran üzərindən Azərbaycana nəql olunmasında problem yoxdur"

23 Oktyabr 2017 15:44

"Rəsmi Tehran Türkmənistan qazının İran üzərindən svop əməliyyatlar vasitəsilə Türkiyəyə ixrac edilməsində maraqlı deyil". Bunu İranın neft nazirinin müavini Həmid Rıza İraqi deyib. Onun sözlərinə görə, Türkiyə İran qazının ənənəvi bazarlarından biridir: "Biz ənənəvi bazarlarımız olan Türkiyəyə rəqib ölkənin qazının svop əməliyyatlar vasitəsilə satılmasına qarşıyıq". Buna baxmayaraq, nazir müavini əlavə edib ki, bu yolla Türkmənistan qazının Azərbaycan və ya Ermənistana satılmasında bir əngəl yoxdur. 

Novruz Məmmədov : "Bir milyon qaçqın və məcburi köçkünlə bağlı bəzən dilucu danışan da tapılmır"

23 Oktyabr 2017 15:42

"Bu gün Myanmada Rohinca müsəlmanları ilə bağlı böyük bir insan faciəsi baş verir". Məlumata görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiriNovruz Məmmədov deyib. 

“Abşeron” 8 voleybolçu ilə müqavilə bağlayıb

23 Oktyabr 2017 15:40

Azərbaycan Super Liqasının debütantı “Abşeron” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir. Məlumata görə, komanda artıq 8 voleybolçu ilə müqaviləni rəsmiləşdirib. “Rabitə” və “Telekom”la Super Liqada, Çempionlar Liqasında və klublararası dünya çempionatında uğurlar qazanmış baş məşqçi Eldar Yusubov “Abşeron”a əsasən perspektivli oyunçuları cəmləyib. Belə ki, millimizin üzvlərindən Yana Əzimova, Kseniya Pavlenko, Yuliya Kərimova, Zinaida Lyubimova, Viktoriya Ağakişiyeva yeni mövsümdən debütantın uğurları üçün çalışacaq.

Novruz Məmmədov: “Azərbaycanın D-8 təşkilatına üzvlüyündə bir problem görmürəm”

23 Oktyabr 2017 15:39

“Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə dəvət olunması bir daha Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə və xüsusi əlaqələr olduğunu nümayiş etdirir”.

Qaçan məhbuslara görə vəzifəli şəxsləri hansı cəza gözləyir?

23 Oktyabr 2017 15:35

Xəbər verdiyimiz kimi, Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qatar Biləcəri stansiyasında dayananda qaçıb. Onlardan biri narkotik vasitələrin satışı, digəri isə adam öldürmədə günahlandırılır.

30 000 ədəd siqaretin realizə edilməsinin qarşısı alınıb

23 Oktyabr 2017 15:34

Şirvan Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşi mübarizə şöbəsinə Sabirabad rayon sakininin idarə etdiyi "Saipa" markalı minik avtomobilində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin realizə ediməsi barədə məlumat daxil olub.