Gündəm
Ağdam sakininin evində silah aşkar edilib
Ağdam rayon sakinin evində odlu silah aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini Dəyanət Əhmədovun paytaxtın Sabunçu rayonu Ləhiş bağlar sahəsində yaşadığı evə baxış zamanı oradan 1 ədəd “Makarov” markalı tapança, 14 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.
İbadidən ABŞ-a sərt bəyanat: “Heç kimin daxili məsələmizə qarışmaq ixtiyarı yoxdur”
İraqın Baş naziri Heydər əl İbadi ABŞ xarici işlər naziri Reks Tillersonun açıqlamasına sərt reaksiya verib. O, R.Tillersonun “iranlı milislər və xarici döyüşçülər İraq torpaqlarını tərk etsin” açıqlamasına “heç kimin İraqın daxili işlərinə qarışmaq haqqı yoxdur” cavabını verib.
Ermənistanda mədəndə uçqun - Ölən var
Ermənistanın Lori vilayətində, Yerevandan 200 kilometr məsafədə yerləşən mədəndə baş vermiş uçqun nəticəsində bir nəfər həlak olub. Dağıntılar altında insanların qaldığı ehtimal olunur.
Məhbusların qaçışına görə cinayət işi açılıb
Bakı - Astara - Bakı qatarında xüsusi təyinatlı vaqonda paytaxtda gətirilən məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.Qurum rəsmisi qeyd edib ki, hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində zəruri istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Emin Ağalarov ağladı
Rusiyada yaşayan müğənni-bəstəkar Emin Ağalarov Muslüm Maqomayevin 75 illiyinə həsr olunmuş konsertdə ağlayıb. Ağalarov səhnədə Sergey Volçkov, Aleksandr Panayotov və Tamara Qverdçiteli ilə birgə SSRİ xalq artistinin “Sinyaya veçnost” mahnısını səsləndirib.
“Ekologiyanı qoruyaq, sağlam olaq” layihəsi təqdim olundu
Oktyabrın 23- də Binəqədi Gənclər evində "Ekologiyanı qoruyaq, sağlam olaq" adlı layihəyənin təqdimatı keçirildi. Olaylar bildirir ki, layihə Gənclər Fondunun maliyyə, Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə baş tutub. Layihədə əsas kontingent 14-25 yaşarası gənclərdir. Layihə rəhbəri Fidan Əliyeva bildirib ki, sözügedən layihənin əsas məqsədi ekologiyanın qorunmasının vacibliyini gənclərə çatdırmaq və bunun üçün gənc nəsli maarifləndirməkdir:
Bakıda tikinti şirkətinə qarşı 5 milyon manatlıq məhkəmə iddiası qaldırıldı
"The Baku Group Ltd" MMC "İdeal-İ İnşaat" MMC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "The Baku Group Ltd" MMC podrat müqaviləsinin ləğv edilməsi, sənədlərin əslinin və binaların idarəçiliyinin təhvil verilməsi barədə tələb irəli sürüb.
"Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır" - Kazimirov
"Ermənistanda Azərbaycan ərazilərinin hərbi əməliyyatlar zamanı işğal olunduğunu anlamalıdırlar və bu, onların Ermənistana aid olduğu mənasını vermir. Danışıqların əsas və ciddi hissəsi budur. Sənə aid olmayanı qaytarmaq lazımdır..." Bu barədə 1992-1996-cı illərdə Rusiyanın vasitəçilik missiyasının rəhbəri, ATƏT Minsk qrupunun keçmiş həmsədri Vladimir Kazimirov "Joğovurd" qəzetinə müsahibəsində bildirib.
ƏXLAQSIZ QOCA kameraya düşdü: oğlan uşaqlarına yaxınlaşaraq pul qarşılığında... - VİDEO
İstanbulun mətkəzində yaşlı bir adamın etdiyi fırıldaqçılıq görənləri təəccübləndirib. İddiaya görə, yaşlı kişi 18-20 yaşlarında oğlan uşaqlarına yaxınlaşıb, onlara xoşagələn sözlər dedikdən sonra pul qarşılığında görüşmək təklifi edir. Bir neçə dəfə gənclərə yaxınlaşaraq danışmağa çalışması kameralara da düşüb.
Türkiyə İraqın şimalında əməliyyata başladı - 50 terrorçu məhv edildi
Türkiyənin Hərbi-Hava Qüvvələri İraqın şimalında əməliyyat həyata keçirib. Əməliyyat nəticəsində PKK terror təşkilatının 47 üzvü zərərsizləşdirilib. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Musiqili Teatrda “999-cu gecə”
Musiqili Teatrında dünya şöhrətli bəstəkar Fikrət Əmirovun əbədiyaşar musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” Beynəlxalq layihəsi nümayiş olunub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Olaylar – a bildirib ki, Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadın iştirakı ilə təqdim olunan tamaşa uğurla keçib. Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Musiqili Teatrla İran İslam Respublikası, xüsusilə də, Təbriz Teatrı arasındakı qarşılıqlı mədəni əlaqələrdən, müştərək layihələrdən bəhs edib.
“Gənc jurnalistlər” klubunda təlimlər
Bilik Fondunun və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birgə təsis etdikləri “Gənc jurnalistlər” Klubunda təlimlərə başlanılıb. Olaylar bildirir ki, “Jurnalist peşəkarlığının artırılması” adlı təlimlər həftədə bir dəfə Bilik Fondunda keçirilir. Fondun İnformasiya təminatı sektorunun hazırladığı proqram əsasında aparılan təlimlərə mətbuat katibi Ceyhun Musaoğlu rəhbərlik edir. 3 ay müddətində nəzərdə tutulan təlimlərdə Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları haqqında geniş məlumat verilib, xəbərin toplanması, emalı və yayılması prosesi ətraflı izah olunub.
Yoxlamaların sayının azaldılması sui-istifadə hallarını aradan qaldıracaq
Azərbaycanda sahibkarlığın inkişafı, ixrac imkanlarının genişləndirilməsi, eləcə də ərzaq təhlükəsizliyiyinin təmin edilməsi istiqamətində islahatlar davam etdirilməkdədir. Prezident İlham Əliyev tərəfindən parlanetə təqdim edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi də məhz bu məqsədlərə fədəflənib. Xatırladaq ki, 2015-ci ildə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim etdiyi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun qəbul edilmişdı.
Monqolustan dağlarında 10 alpinist öldü, 7 nəfər itdi
Monqolustanın mərkəzində Xanqay dağlarında qar uçqunu nəticəsində azı 10 alpinist həlak olub. Məlumatına görə, daha 7 nəfərin itkin düşdüyü bildirilir. Hazırda bölgədə axtarışlar aparılır. Məlumata gröə, axtarış-xilasetmə işlərinə 100 xilasedici, iki helikopter və digər texnika cəlb edilib.
Futbol Həftəsi başa çatdi
"Futbol insanları Həftəsi " ( Football People action weeks ) ayrı-seçkiliyin bütün formalarına qarşı çagırış edir, gənclər arasında inteqrasiya dəyərlərini təşviq edir və kimliyindən, dinindən və haradan olmasından asılı oımayaraq futbolun hamı üçün əlçatan olmasına çalışır.










.jpg)



