Futbol Həftəsi başa çatdi
"Futbol insanları Həftəsi " ( Football People action weeks ) ayrı-seçkiliyin bütün formalarına qarşı çagırış edir, gənclər arasında inteqrasiya dəyərlərini təşviq edir və kimliyindən, dinindən və haradan olmasından asılı oımayaraq futbolun hamı üçün əlçatan olmasına çalışır.
23 Oktyabr 2017 16:21 İdman"Futbol insanları Həftəsi " ( Football People action weeks ) ayrı-seçkiliyin bütün formalarına qarşı çagırış edir, gənclər arasında inteqrasiya dəyərlərini təşviq edir və kimliyindən, dinindən və haradan olmasından asılı oımayaraq futbolun hamı üçün əlçatan olmasına çalışır. 5-19 oktyabr tarixində baş tutan kampaniya dövründə idman vasitəsi kimi müxtəlif icmalardan insanları birləşdirərək sosial inteqrasiyanı təşviq edən yüzlərlə hadisədən ibarətdir. Günərzi " İşıqlı Ev" Küçə Uşaqları Mərkəzinin rəhbəri Südabə Şirəliyeva "Olaylar"a bildirb ki, futbol həftəsi utbolda ictimaiyyətin məlumatlandırılması və ayrıseçkiliklə mübarizə aparılması, futbolun sosial dəyişiklik üçün bir hərəkat vasitəsi kimi yüzlərlə hadisəni əhatə edir. "Futbol Günləri Fəaliyyət "i kompaniyasına və futbol oyununa cəlb edilən və ya maraqlanan hər kəsə açıqdır. Onlar ictimaiyyətin iştirakı və inkişafı üçün əla fürsət yaradırlar. Bu kompaniyada futbol komandalarının tərəfdarları, oyunçular, klublar, etnik azlıqlar və QHT-lər iştirak edir və ayrı-seçkiliyə qarşı futboldan bir vasitə kimi istifadə olunaraq, müxtəlifliyi qeyd etməklə mövcud və yeni əməkdaşlığa şərait yaradır: "2001 -ci ildə 9 ölkə ilə başlayan kampaniya Avropada idman sahəsində ayrı-seçkilikyə qarşı böyük müsbət baxış yaratmaqdadırvə yaratmışdır. Hazırda 70 -dən çox ölkədən gənclər bu kompaniyaya qoşulub ayrı-seçkiliyin bütün formalarına qarşı öz töhvəsini verir. Günərzi " İşıqlı Ev" Küçə Uşaqları Mərkəzi 2 ildir bu kompaniyada iştirak edir. Müxtəlif yaş qrupları arasında futbol çempionatı keçirir və Azərbaycan gəncləri də hər cür ayrı seçkiliyə qarşı olduqlarını bildirirlər. Bu ilki kompaniyada iştirakımıza Bakı Dövlət Universiteti və tələbələri texniki dətək gostərdiklərinə görə təşəkkür edirirk".