Musiqili Teatrda “999-cu gecə”

Musiqili Teatrında dünya şöhrətli bəstəkar Fikrət Əmirovun əbədiyaşar musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” Beynəlxalq layihəsi nümayiş olunub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Olaylar – a bildirib ki, Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadın iştirakı ilə təqdim olunan tamaşa uğurla keçib.  Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Musiqili Teatrla İran İslam Respublikası, xüsusilə də, Təbriz Teatrı arasındakı qarşılıqlı mədəni əlaqələrdən, müştərək layihələrdən bəhs edib.

Musiqili Teatrında dünya şöhrətli bəstəkar Fikrət Əmirovun əbədiyaşar musiqiləri və "Min bir gecə" nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə" Beynəlxalq layihəsi nümayiş olunub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Olaylar - a bildirib ki, Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadın iştirakı ilə təqdim olunan tamaşa uğurla keçib.

Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Musiqili Teatrla İran İslam Respublikası, xüsusilə də, Təbriz Teatrı arasındakı qarşılıqlı mədəni əlaqələrdən, müştərək layihələrdən bəhs edib.

Güneydə yaşayan məşhur komediya aktyoru, Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn rəhbərlik etdiyi Təbriz Teatrı ilə Musiqili Teatrın birgə, uğurlu işbirliyindən bəhs edib.

Tədbirin sonunda Təbriz Teatrının aktyoru Camal Saqinejad "999-cu gecə" Beynəlxalq layihəsində uğurlu çıxışına görə Musiqili Teatrının xüsusi diplomu ilə təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31