“Ekologiyanı qoruyaq, sağlam olaq” layihəsi təqdim olundu
Oktyabrın 23- də Binəqədi Gənclər evində "Ekologiyanı qoruyaq, sağlam olaq" adlı layihəyənin təqdimatı keçirildi. Olaylar bildirir ki, layihə Gənclər Fondunun maliyyə, Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə baş tutub. Layihədə əsas kontingent 14-25 yaşarası gənclərdir. Layihə rəhbəri Fidan Əliyeva bildirib ki, sözügedən layihənin əsas məqsədi ekologiyanın qorunmasının vacibliyini gənclərə çatdırmaq və bunun üçün gənc nəsli maarifləndirməkdir:
23 Oktyabr 2017 16:40 SosialOktyabrın 23- də Binəqədi Gənclər evində "Ekologiyanı qoruyaq, sağlam olaq" adlı layihəyənin təqdimatı keçirildi. Olaylar bildirir ki, layihə Gənclər Fondunun maliyyə, Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə baş tutub. Layihədə əsas kontingent 14-25 yaşarası gənclərdir. Layihə rəhbəri Fidan Əliyeva bildirib ki, sözügedən layihənin əsas məqsədi ekologiyanın qorunmasının vacibliyini gənclərə çatdırmaq və bunun üçün gənc nəsli maarifləndirməkdir: "Layihə çərçivəsində gənclər üçün 3 təlim nəzərdə tutulub. Təlimdə gənclərə maarifləndirici kitabça və bukletlər veriləcək. Aktiv gənclər isə sertifikatla təltif ediləcək. Çox istərdim ki, layihəm sizlər üçün əhəmiyyətli olsun". Təlimdə çıxış edən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Lalə Babayeva bildirib ki, bu cür layihələr gənclər üçün çox faydalıdır: "Ölkəmizdə ekologiyanın qorunmadı üçün xüsusi tədbirlər görülür. Lakin, təbii ki, bu tədbirlərə rəğmən yenə də problemlər var. Ancaq gənc nəsil bunun aradan qalxmasına çalışmalı və bu cür layihələri prioritet halına çevirməliyik".
Daha sonra ekologiya üzrə təlimçi Nərmin Qaralova gənclərə ekologiyanı qorumaq üçün zəruri məlumatlar verdi. Təlim sual-cavablarla sona yetdi.
Nigar