Yoxlamaların sayının azaldılması sui-istifadə hallarını aradan qaldıracaq
Azərbaycanda sahibkarlığın inkişafı, ixrac imkanlarının genişləndirilməsi, eləcə də ərzaq təhlükəsizliyiyinin təmin edilməsi istiqamətində islahatlar davam etdirilməkdədir. Prezident İlham Əliyev tərəfindən parlanetə təqdim edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi də məhz bu məqsədlərə fədəflənib. Xatırladaq ki, 2015-ci ildə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim etdiyi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun qəbul edilmişdı.
23 Oktyabr 2017 16:23 SosialHəmçinin sahibkarların rahat "nəfəs almasına" imkan yaradacaq
Azərbaycanda sahibkarlığın inkişafı, ixrac imkanlarının genişləndirilməsi, eləcə də ərzaq təhlükəsizliyiyinin təmin edilməsi istiqamətində islahatlar davam etdirilməkdədir. Prezident İlham Əliyev tərəfindən parlanetə təqdim edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi də məhz bu məqsədlərə fədəflənib. Xatırladaq ki, 2015-ci ildə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim etdiyi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun qəbul edilmişdı. Yeni qanuna əsasən yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulur. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilərdi. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılırdı. Qeyd edək ki, sözügedən qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Hazırda sözügedən qanuna dəyişiklik təklif edilir. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.
Qeyd edək ki, ekspertlər belə bir qanunun qəbul edilməsini ölkədə sahibkarlığın inkişafına yaradılan real imkan kimi dəyərləndirilər. İqtisadiyyat Nazirliyindən bildirilib ki, yoxlamaların dayandırılması barədə qərar tarixi və inqilabi istalatlardır. Çünki bu qanun ölkədə qanunsuz yoxlamalara son qoyur. Məlum olduğu kimi sahibkarlğın inkişafı qeyri-neft sektorunun aparıcı qüvvəsidir. Bu baxımdan prezident tərəfindən sahibkarlığın inkişafı və biznes mühitini daha da yaxşılaşdırmaq istiqamətində növbəti addımlar atılıb. Azərbaycan prezidenti sahibkarlığın inkişafına böyük diqqətlə yanaşır. Məhz onun göstərişi ilə sahibkarlıq subkeytlırində yoxlamalar dayandırılıb, xüsusi lisenziya verilən sahələrə dair müvafiq fərman imzalanıb. Bu fərmana uyğun olaraq, bütün xüsusi lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN Xidmət" mərkəzləri vasitəsi ilə verilir. Paralel olaraq lisenziyanın verlməsi qaydası sadələşdirilib, lisenziyaların sayı kəskin şəkildə azaldılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, yoxlamaların azaldılması barəsində Prezidentin verdiyi qərar müsbət qiymətləndirilməlidir: "Həmin qərara kimi sahibkarlıq sahəsində 60 minə qədər yoxlama aparılırdısa, bu rəqəm bir il ərzində 62-yə enmişdi. Yoxlamaların sayı təxminən min dəfəyədək azalmışdı. Bu yoxlamaların azaldılmasında sui-istifadə halları ola bilər. Amma bundan qorxmaq lazım deyil. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" yeni sənəddə dərman ləvazimatlarının və ərzaq məhsullarının təhlükəsizliyini təmin etmək üçün müəyyən istisnalar var. Dərman və ərzaq məhsulları insan həyatı üçün təhlükəli olduğundan ona görə də qanunvericilikdə bunlar istisna göstərilib. O sahədə keyfiyyət və təhlükəsizlik baxımdan davamlı yoxlamalar aparılacaq. Amma ümumilikdə sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılır". Ə.Məsimli deyir ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar zamanı sui-istifadə hallarına yol verilirdi: "Hesab edirəm ki, dərman ləvazimatları və ərzaq məhsulları sahəsində davamlı yoxlamalar aparmaq lazımdır. Amma digər sahələrdə əsasız yoxlamalrı aradan qaldırmaq daha düzgün olar. Çünki sahibkar azad surətdə nəfəs almalıdır ki, normal fəaliyyət göstərsin. Bunun üçün də mane olan bütün amillər aradan qaldırılmalıdır. Bunlardan biri də yoxlamalardır. Çünki beynəlxalq təcrübədən məlumdur ki, hansı ölkədə biznesmenin vaxtı daha çox məmura sərf olunur orada biznes inkişaf etmir. Hansı ölkədə biznesmenin vaxtı məmura sərf olunmir orada biznes inkişaf edir. Biznes olmadan iqtisadiyyatı gücləndirmək, orta təbəqənin dairəsini genişləndirmək və əhalinin həyat keyfiyyətini yaxşılaşdırmaq mümkün olmur. Ona görə də biznesə geniş meydan vermək lazımdır".
Millət vəkili Vahid Əhmədov bildirib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna daha bir yeni maddə əlavə edilib. Çünki elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə, qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir. Bu vaxtadək isə dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi, o cümlədən, qida məhsullarına təhlükəsizliyinə nəzarət məqsədi ilə yoxlamalar həyata keçirilmirdi. Burada yalnız qida məhsullarının keyfiyyətindən söhbət gedir. Başqa yoxlamalardan söhbət getmir. Mən bunu dəyişdirərdim, necə ki, dərman vasitələrinin keyfiyyəti yazılıb, burada, o cümlədən, qida məhsullarının keyfiyyətinə nəzarət yazılmalıdır".
Məlumat üçün qeyd edək ki, hazırda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədədir. Bu Qanun Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Belə ki, sahibkarların fəaliyyəti ilə bağlı yoxlamalar yalnız bu sözügüdən qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.
Bu qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların heç bir hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Çünki yoxlamaların məqsədi bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.
Nurlan