“Gənc jurnalistlər” klubunda təlimlər

Bilik Fondunun və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birgə təsis etdikləri “Gənc jurnalistlər” Klubunda təlimlərə başlanılıb. Olaylar bildirir ki, “Jurnalist peşəkarlığının artırılması” adlı təlimlər həftədə bir dəfə Bilik Fondunda keçirilir. Fondun İnformasiya təminatı sektorunun hazırladığı proqram əsasında aparılan təlimlərə mətbuat katibi Ceyhun Musaoğlu rəhbərlik edir. 3 ay müddətində nəzərdə tutulan təlimlərdə Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları haqqında geniş məlumat verilib, xəbərin toplanması, emalı və yayılması prosesi ətraflı izah olunub.

Bilik Fondunun və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birgə təsis etdikləri "Gənc jurnalistlər" Klubunda təlimlərə başlanılıb.

Olaylar bildirir ki, "Jurnalist peşəkarlığının artırılması" adlı təlimlər həftədə bir dəfə Bilik Fondunda keçirilir. Fondun İnformasiya təminatı sektorunun hazırladığı proqram əsasında aparılan təlimlərə mətbuat katibi Ceyhun Musaoğlu rəhbərlik edir. 3 ay müddətində nəzərdə tutulan təlimlərdə Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları haqqında geniş məlumat verilib, xəbərin toplanması, emalı və yayılması prosesi ətraflı izah olunub. Praktik nümunələr əsasında keçirilən təlimlərdə gələcəyin jurnalistləri peşə vərdişlərinə daha dərindən yiyələnəcəklər.

Tələbə jurnalistlər növbəti təlimlərdə verilmiş mövzular, faktlar əsasında xəbərlər yazacaq və onları təhlil edəcəklər, müsahibənin janrları, tipologiyası, metodları barədə bilgilər alacaq, ictimai nüfuza malik şəxslərdən götürdükləri müsahibələri yayıma hazırlayacaqlar. Klub üzvlərinin aldıqları maraqlı müsahibələr ölkə mətbuatında dərc olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31