Gündəm

2 il əvvəlin “Böyük Kürdüstan” ideyası: Bərzaniyə dəstək verən ölkələr haqqında ŞOK FAKTLAR - İLK DƏFƏ

23 Oktyabr 2017 18:01

İraq Kürd Muxtariyyətinin referendumuna kameralar önündə qarşı çıxan Səudiyyə Ərəbistanı və BƏƏ-nin arxa planda lobbi fəaliyyətləri yürütdüyü və sosial mediada aktiv fəaliyyət göstərdikləri ortaya çıxıb.

Sabahdan növbəti güclü geomaqnit qasırğası başlayır

23 Oktyabr 2017 17:52

Sabah və növbəti iki gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir.   Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev  bildirib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 2 ilə 3 arasında dəyişir (maksimum 9 olur), lakin getdikcə artacaq. Oktyabrın 24-də axşama doğru G1 kateqoriyalı, 25 oktybarda isə G2 kateqoriyalı qasırğa gözlənilir.

Liverpul klubunda baş məşqçi istefası

23 Oktyabr 2017 17:48

"Everton" baş məşqçi Ronaldo Kumanı istefaya göndərib. Liverpul klubunun son vaxtlar qeyri-qənaətbəxş çıxışı rəhbərliyin bu qərara gəlməsinə səbəb olub. Kumanın gedişindən əvvəl də İngiltərə mətbuatı Devid Moyesin yenidən "Everton"a qayıtmaq şanslarını yüksək qiymətləndirirdi.

Ermənistanın müdafiə naziri jurnalistlərdən qaçdı

23 Oktyabr 2017 17:47

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bu gün ölkə parlamentinin iclasında jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırıb.

Hollivudda yeni qalmaqal: 38 qadına təcavüz edən rejissor gündəmi silkələdi

23 Oktyabr 2017 17:42

Bütün dünyada gündəm olan Harvi Veynşteyn qalmaqalından sonra daha bir "Oskar" namizədi cinsi təcavüz iddiaları ilə gündəmə gəlib. 72 yaşlı rejissor və ssenarist Ceyms Tobak 38 qadına cinsi təcavüz etməkdə təqsirləndirilib. İddialara görə, rejissor qadınlara Nyu-York küçələrində yaxınlaşıb və onlara ulduz olacaqlarına dair vədlər verib.

Deputat: Azərbaycanın beynəlxalq nüfuzu daim artır

23 Oktyabr 2017 17:40

Prezident İlham Əliyevin Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya kimi ölkələrin daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) zirvə görüşündə iştirak etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və əhəmiyyətinin hər gün artdığını sübut edir.

Tillerson qəfil Əfqanıstana getdi

23 Oktyabr 2017 17:39

ABŞ-ın dövlət katibi Reks Tillerson Əfqanıstana elan olunmamış səfər edib. Bu barədə ABŞ-ın Əfqanıstandakı səfirliyi məlumat verib. R.Tillerson paytaxt Kabildə Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşüb.

Evinin tualetində iş yoldaşı ilə arvadını YAXALADI və... - Gizli sevişmənin DƏHŞƏTLİ SONU

23 Oktyabr 2017 17:37

Türkiyənin paytaxtı Ankarada Sami Uysal adlı şəxs birlikdə işlədiyi Ərhan Kartalı bıçaqlayıb. Hadisəyə səbəb S.Uysalın iş yoldaşı ilə arvadının münasibətindən şübhələnməsidir.

Abşeronda vulkanların yaxınlığındakı sürüşmə sahələrində çatlar genişlənib

23 Oktyabr 2017 17:35

“Hökməlidə Nubar qəsəbəsi və Masazırda “Zəli gölü” çökmə - sürüşmə sahələrinin dinamikasında aktivlik müşahidə edilir”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Zəhra haqqında kitab nəşr olundu

23 Oktyabr 2017 17:09

Deputat Aydın Mirzəzadənin tərtibçiliyi ilə "Ermənistanın Azərbaycan hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi" adlı kitab nəşrdən çıxıb.“Olaylar”ın məlumatına görə, kitabın məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmələri doktoru, professor Əli Həsənovdur. Kitab 4 iyul 2017-ci ildə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndinə məqsədli hücumu nəticəində qətlə yetirilmiş yaşyarımlıq Zəhra Quliyevanı və onun nənəsi Sahibə Allahverdiyevaya həsr edilib.

İnzibati binadan kompüter oğurlayan saxlanıb

23 Oktyabr 2017 17:03

Kompyuter və printer oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 14-də Suraxanı rayonundakı inzibati binalardan birindən kompyuter və printer oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Rəhimov tutulub.

Avtomobil vuran piyada xəstəxanada ölüb

23 Oktyabr 2017 17:01

Yasamal rayonunun H.B.Zərdabi küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 22-də saat 14 radələrində Yasamal rayonunun H.B.Zərdabi küçəsində Bakı şəhər sakini Kamran Rzayev idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən paytaxt sakini Şəfəq Şirəliyevanı vurub. Ş.Şirəliyeva xəstəxanaya aparılarkən yolda ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Bərbərxanada qətl törədilib

23 Oktyabr 2017 17:00

Mingəçevir şəhərində qətl hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 22-də Mingəçevir şəhərində şəhər sakini Pərviz Axundovun işlədiyi bərbərxanada həmyerlisi Eldar Abbasovla aralarında münaqişə baş verib və bu zaman sonuncu bıçaqla ona xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən P.Axundov orada ölüb. Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Abbasov şübhəli şəxs qismində tutulub.

Oyun aparatı oğurlayanların qolları qandallandı

23 Oktyabr 2017 16:58

Paaytaxtda oyun aparatı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən “Olaylar”a veriln məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 21-də rayon ərazisindəki internet klublardan birindən 3 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Asif Niyazov və Məhəmməd Hüseynzadə tutulublar. M.Hüseynzadənin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 19-da “İsuzu” markalı avtomobildən ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

Akkumlyator oğruları ələ keçiblər

23 Oktyabr 2017 16:53

Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 3-dən 21-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Arif Orucov və əvvəllər məhkum olunmuş Anar Abdullayev tutulublar.