Liverpul klubunda baş məşqçi istefası

"Everton" baş məşqçi Ronaldo Kumanı istefaya göndərib. Liverpul klubunun son vaxtlar qeyri-qənaətbəxş çıxışı rəhbərliyin bu qərara gəlməsinə səbəb olub. Kumanın gedişindən əvvəl də İngiltərə mətbuatı Devid Moyesin yenidən "Everton"a qayıtmaq şanslarını yüksək qiymətləndirirdi.

Holland mütəxəsis 2016-cı ilin yayında "mersesaydlılar2ın sükanı arxasına keçmişdi. O, Belçika millisinə yollanan Roberto Martinezi əvəzləmişdi. Ötən mövsüm komanda Premyer Liqada 7-ci yeri tutsa da, "Manchester United"in ÇL-a vəsiqə qazanmasına görə Avroliqada iştirak etmək hüququ qazanmışdı. Kumanın rəhbərliyi dövründə transferlərə 158 milyon avro xərclənsə də, investisiyalar özünü doğrultmayıb. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31