Gündəm
“Microsoft” qurğuların buraxılışını dayandırmayacaq
“Microsoft” korporasiyasının “Windows” sistemi və qurğular bölmələrinin rəhbəri Yusif Mehdi brend həvəskarlarını istehsalçının diqqəti “Surface”, “Xbox” və “HoloLens” məhsullarına yönəltməsinə görə narahat olmamağa çağırıb.
Dünyada süni intellekt məsələləri üzrə ilk nazirlik yaradılıb
Birləşmiş Ərəb Əmirliklərində Nazirlər Kabinetinin tərkibinin yenilənməsindən sonra dünyada süni intellekt məsələləri üzrə ilk nazirlik yaradılıb.
"Heç bir müğənni konsertində zalı doldura bilmir"
Əməkdar artist Natiq Şirinov iddialı açıqlaması ilə gündəmə gəlib. Nağara ifaçısı "Xəzər maqazin"ə açıqlamasında müğənniləri konsert zamanı zalı doldura bilməməkdə günahlandırıb: "Heydər Əliyev Sarayında, Heydər Əliyev Mərkəzində, Yaşıl Teatrda öz gücünə zal dolduran görmədim. Dost-tanışla doldururlar.
Alim Qasımov ABŞ-da konsert verəcək
Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova konsert vermək üçün ABŞ-a gediblər. Onlar artıq "Leyli və Məcnun" konsertinin məşqlərinə başlayıb. Xalq artisti və qızı "Mark Morris" rəqs qrupu və "İpək yolu" ansamblı müşayiəti ilə Nyu-yorkda 4 konsert proqramı ilə çıxış edəcəklər.
Feysbuk paylaşımı həbsxanalıq etdi
İsrail polisi Fələstinli bir adamı feysbuk paylaşımının yanlış tərcümə edilməsi səbəbindən nəzarətə alıb. O, sadəcə sosial şəbəkədəki hesabında ərəb dilində “sabahınız xeyir” yazıb. Lakin bu ifadə ivrit dilinə “onlara hücum edin” kimi tərcümə edilib. Adı açıqlanmayan adam bu ifadəni buldozerin yanındakı şəkli ilə paylaşıb.
Nova SCT 2017 ulduzuna dair müşahidələr aparılır - ŞAMAXIDA
Avqustun 7-dən etibarən beynəlxalq layihə çərçivəsində AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda Optik Lifli Eşelle Spektroqraf vasitəsilə "Nova SCT 2017" ulduzunun yüksək ayırdetməli spektral müşahidələri aparılıb. Ötən üç ay ərzində rəsədxanada elmi işlər üzrə direktor müavini f.ü.f.d., dosent Xıdır Mikayılovun rəhbərliyi altında ulduzun davamlı müşahidəsi aparılıb. Müşahidə materialları ilkin olaraq emal edilib və layihə iştirakçılarına göndərilib.
Ərindən Demet Akalınla bağlı GÖZLƏNİLMƏZ AÇIQLAMA
Tanınmış türkiyəli ifaçı Demet Akalının biznesmen əri Okan Kurt bu gün mətbuat konfransı keçirib. Biznesmenin mətbuat nümayəndələrini başına toplamaqda məqsədi iş həyatındakı yeniliklərlə bağlı olub. Konfransdan sonra maqazin müxbirlərilə danışan Okan yenidən ata olacağını bildirib: “Demet 85 faiz hamilədir. İnşallah ikinci övladımız olacaq”.
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
Avstraliyada qayığını itirən ingilis Con Kreyq arxasınca düşən köpək balığından xilas olmaq üçün 3 saat dayanmadan üzüb. 34 yaşlı dalğıc suyun üzərinə çıxarkən içində bir dostunun da olduğu qayığını görə bilməyib. Yardım çağırmaq üçün çırpınan dalğıc bi köpək balığının ona doğru yaxınlaşdığını görüb.
Futbol matçından sonra azarkeşlər arasında toqquşma - Xəsarət alanlar var
Belçika çempionatının 11-ci turunda baş tutan "Brügge" - "Royal Antverp" oyunundan sonra azarkeşlər arasında toqquşma qeydə alınıb. Toqquşmada 3 nəfər ciddi xəsarət alıb. Polis iğtişaşda iştirak edən 120 nəfəri saxlayıb.
"Çudo Peçka”nın 27 əməkdaşı istintaqda dindirilib
"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. İş üzrə "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin 27 əməkdaşı dindirilib. Onlar adlarına götürülmüş kreditlə bağlı ifadə veriblər.
Halı pisləşən Emel Sayına ilk yardımı həmkarı göstərdi
Müğənni Emel Sayının həmkarı Ferhad Göçerlə verdiyi konsert zamanı halı pisləşib. Təzyiqi düşən sənətçi tamaşaçılardan üzr istyərək konserti yarımçıq qoyub. Kulisə qayıdan Emelə ilk yardımı ixtisasca həkim olan Fərhad göstərib.
Çexiya Senatının sədr müavini: Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır
Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır. Bunu Azərbaycanda səfərdə olan Çexiya Senatının sədr müavini Yirji Şestak deyib. Y.Şestak qeyd edib ki, təcrübə də münaqişələrin sülh yolu ilə həllinin ən yaxşı variant olduğunu göstərir: "Bizim tarixi təcrübəmiz göstərir ki, iki ölkə arasında münaqişə yaratmayan və münaqişənin gələcəkdə daha da dərinləşməsinə səbəb olmayan həll variantı sülh və qarşılıqlı anlaşma yoludur". Senatın sədr müavini bildirib ki, Çexiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfəsi tərəfləri sülh variantına təşviq etmək və münaqişənin sülh yolu ilə həllinə nail olunmasına dəstək göstərməkdən ibarət ola bilər.
Şəki-Kiş avtomobil yolunun tikintisinə 4,8 milyon manat ayrılıb
Prezident İlham Əliyev Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Yunus Oğuzun "Atabəy Eldəniz" tarixi romanının təqdimatı keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Yunus Oğuzun "Atabəy Eldəniz" tarixi romanının təqdimatı keçirilib. Məlumata görə, AMEA-nın vitse prezidenti, Ədəbiyyat Institutunun direktoru, akademik Isa Həbibbəyli bildirib ki, "Atabəy Eldəniz" kitabı həm də elmi əsər hesab edilə bilər. Çünki bu əsərin yazılmasında elmi araşdırmaların nəticələrindən istifadə olunub.
“Neftçi”nin 3 il yarım gözlədiyi seriya
Topaz Premyer Liqasının IX turu “Neftçi”nin ardıcıl 3-cü qələbəsi ilə əlamətdar olub. Məlumata görə, bunadək “İnter”i 2:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən Tərlan Əhmədovun yetirmələri Gəncə səfərində “Kəpəz”i də qol buraxmadan üstələyib - 1:0.














