Gündəm
Boksçumuz erməniyə aman vermədi
Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub. Azərbaycan Boks Federasiyası xəbər verir ki, yarışa tam heyətlə qatılan Azərbaycan millisinin 7 üzvü 1/4 finalda iştirak hüququ qazanıb.
Azərbaycanda ipoteka kreditləri ilə bağlı – MÜHÜM QƏRAR
“Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasının qərarı ilə dövlət xətti ilə verilən kommersiya xarakterli ipoteka kreditlərinin maksimal məbləği artırılıb. Qərara əsasən, sözügedən məbləğ 100 min manatdan 150 min manata çatdırılıb.
Lider Televiziyasında təlimlər
Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində Lider Televiziyasında növbəti təlim olub. Təlimdə Lider televiziyasında çalışan gənc aparıcı və reportyorlar iştirak ediblər. Olaylar bildirir ki, AMEA, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevanın “Ekran və efirdə üslub xətalarının aradan qaldırılması” mövzusunda çıxışını iştirakçılar maraqla qarşılayıblar.
Peşələrinə görə kişilərin cinsi göstəriciləri fərqli olur? - XARAKTERİSTİKA
Fərqli peşələrdə çalışan həyat yoldaşları olan qadınların qatıldığı bir araşdırmada kişilərin cinsi həyatı peşələrə görə araşdırılıb. Araşdırmanın nəticələri isə çox maraqlı olub. Sənətçilər Araşdırmanın nəticəsinə görə, yataqda ən yaxşı olan kişilər sənətçilərdir. Onlar 100 faiz səslə ön sevişmədə “mükəmməl” olaraq dəyərləndirilib. 73 faizin fikrinə görə isə, sənətçilər xanımlarını yataqda tamamilə qane edir.
Ağasadıq Gəraybəyli - 120
Oktyabrın 27 - də Teatr Muzeyində Xalq Artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Olaylar bildirir ki, gecə Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı, Dövlət Teatr Muzeyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə keçiriləcək. Ağasadıq Gəraybəyli ilk dəfə 1924-cü ildə “Qız qalası” filmində həkim roluna çəkilib.1928-ci ildə isə “Hacı Qara” filmində Əsgər bəy, 1929-cu ildə “Sevil”də Sevil rollarında çıxış edib.
Ronaldo ilin ən yaxşısı seçildi
"Real"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldo FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı futbolçusu seçilib. O, bu ad uğrunda mübarizədə Lionel Messi ("Barselona") və Neymarı ("Barselona"/"PSJ") qabaqlayıb.
Qulam İshaqzai tələbələrə mühazirə oxuyub
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb. Qonağı salamlayan K.Abdulla ümid etdiyini bildirib ki, onun “Səfir saatı” layihəsi çərçivəsində mühazirəsi ADU-da ilk və son mühazirəsi olmayacaq və mütəmadi olaraq tələbələrlə görüşərək öz fikirlərini onlara çatdıracaq.
ABŞ dövlət katibi Bağdada səfər etdi
Azərbaycan, Ukrayna və Belarus opera ulduzları "Riqoletto" - da
Noyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan klassik operasının ən dəyərli nümunələrindən biri olan C.Verdinin “Riqoletto”operasının tamaşası nümayiş olunacaq. Olaylar bildirir ki, tamaşada Riqoletto partiyasını milli vokal sənətimizin istedadlı nümayəndəsi - Azərbaycanın Xalq artisti, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin laureatı Əvəz Abdullayev ifa edəcək. Hazırda Almaniyanın Manheym Milli Opera Teatrında kontraktla çalışan Əvəz vaxtaşırı Bakıya gəlir və Azərbaycan Opera və Balet Teatrının səhnəsində tamaşaçılar qarşısında çıxış edir.
Ukrayna prezidentinə qarşı sui-qəsdin qarşısı alınıb
Ukrayna prezidenti Petro Poroşenkoya qarşı sui-qəsdin qarşısı alınıb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir. Məlumata əsasən, sui-qəsdin qarşısı oktyabrın 22-də P.Poroşenkonun Donetsk vilayətinin Avdeevka şəhərinə səfəri zamanı alınıb. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar qrupun iki üzvü müqavimət göstərərkən məhv edilib. Onların üzərilərindən xeyli sayda silah sursat aşkarlanıb. Cinayətdə əli olan digər şəxslərin axtarışı davam edir.
Avtonom üzən ev konsepti təqdim edilib
ABŞ-ın “Arkup” şirkəti həyat üçün tam yararlı avtonom ev konseptini təqdim edib. 30 kVt gücündə günəş panelləri və iki ehtiyat elektrik generatorla enerji ilə təchiz edilən üzən ev şəhərlərin elektrik şəbəkəsinə qoşulmanı tələb etməyəcək. Bundan başqa, ikimərtəbəli “Arkup” evi üzmə zamanı stabilləşdirə və onu sudan qaldıra bilən hidravlik dirəklərə malikdir.
Mətn mesajlarında yalanı aşkar etmək üsulu məlum olub
Nyu-Yorkda Kornell Universitetinin alimləri mətn mesajlarında yalanı müəyyənləşdirmək üsulunu aydınlaşdırıblar. Bu haqda “Daily Mail” nəşri yazır.
İnformasiya təhlükəsizliyi bazarında 120 milyard dollarlıq artım proqnozlaşdırılır
"IDC" analitik şirkəti təhlükəsizliklə əlaqədar proqram təminatı, avadanlıq və xidmətlərin satış həcminin yaxın illərdə illik artımının orta hesabla 9,6 faiz təşkil edərək 2021-ci ilədək 119,9 milyard dollara çatacağını proqnozlaşdırır. 2017-ci ildə bazarda artımın 2016-cı illə müqayisədə 10,3 faiz çoxalaraq 83,5 milyard dollar səviyyəsində olacağı gözlənilir.
Uşaqların öyrədilməsi üçün robot pişik təqdim olunub
Rusiyanın Soçi şəhərində keçirilən Gənclər və Tələbələrin XIX Ümumdünya Festivalında gənc auditoriyanı maraqlandırmaq və proqramlaşdırma və robot texnikasına marağı cəlb etmək məqsədilə uşaqları öyrədə bilən robot pişik təqdim edilib.
BMT eksperti dövlətləri fərdi məlumatların mühafizəsi məqsədilə son dərəcə təhlükəsiz sistemlər yaratmağa çağırıb
BMT Baş Məclisinin 72-ci sessiyasının Üçüncü Komitəsinin iclasında çıxış edən BMT eksperti Cozef Kannataçi dövlətləri istənilən məxfi fərdi məlumatların açıq girişə düşməsinin qarşısını almağa çağırıb. O, belə informasiyanın mühafizəsi məqsədilə son dərəcə təhlükəsiz sistemlər yaratmağı tövsiyə edib.














