Azərbaycan, Ukrayna və Belarus opera ulduzları "Riqoletto" - da
Noyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan klassik operasının ən dəyərli nümunələrindən biri olan C.Verdinin “Riqoletto”operasının tamaşası nümayiş olunacaq. Olaylar bildirir ki, tamaşada Riqoletto partiyasını milli vokal sənətimizin istedadlı nümayəndəsi - Azərbaycanın Xalq artisti, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin laureatı Əvəz Abdullayev ifa edəcək. Hazırda Almaniyanın Manheym Milli Opera Teatrında kontraktla çalışan Əvəz vaxtaşırı Bakıya gəlir və Azərbaycan Opera və Balet Teatrının səhnəsində tamaşaçılar qarşısında çıxış edir.
24 Oktyabr 2017 06:21 Teatr və kinoNoyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan klassik operasının ən dəyərli nümunələrindən biri olan C.Verdinin "Riqoletto"operasının tamaşası nümayiş olunacaq.
Olaylar bildirir ki, tamaşada Riqoletto partiyasını milli vokal sənətimizin istedadlı nümayəndəsi - Azərbaycanın Xalq artisti, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin laureatı Əvəz Abdullayev ifa edəcək. Hazırda Almaniyanın Manheym Milli Opera Teatrında kontraktla çalışan Əvəz vaxtaşırı Bakıya gəlir və Azərbaycan Opera və Balet Teatrının səhnəsində tamaşaçılar qarşısında çıxış edir.
Ə.Abdullayevlə yanaşı tamaşada Azərbaycanın Xalq artisti Əli Əsgərov (Sparafuçille), gənc solist Nina Makarova (Maddalena) da çıxış edəcəklər.
Tamaşada əsas partiyalardan biri olan Cilda partiyasını Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Tatyana Qavrilova ifa edəcək. Bundan əlavə, Ukrayna Milli operasının solisti, Ukraynanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Dmitri Kuzmin "Riqoletto" operasının tamaşasında Hersoq rolunu ifa etmək üçün dəvət olunub.
Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.