Ağasadıq Gəraybəyli - 120
Oktyabrın 27 - də Teatr Muzeyində Xalq Artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Olaylar bildirir ki, gecə Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı, Dövlət Teatr Muzeyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə keçiriləcək. Ağasadıq Gəraybəyli ilk dəfə 1924-cü ildə “Qız qalası” filmində həkim roluna çəkilib.1928-ci ildə isə “Hacı Qara” filmində Əsgər bəy, 1929-cu ildə “Sevil”də Sevil rollarında çıxış edib.
24 Oktyabr 2017 06:42 Teatr və kinoOktyabrın 27 - də Teatr Muzeyində Xalq Artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Olaylar bildirir ki, gecə Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı, Dövlət Teatr Muzeyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə keçiriləcək.
Ağasadıq Gəraybəyli ilk dəfə 1924-cü ildə "Qız qalası" filmində həkim roluna çəkilib.1928-ci ildə isə "Hacı Qara" filmində Əsgər bəy, 1929-cu ildə "Sevil"də Sevil rollarında çıxış edib.
Rejissor L.Səfərovun ilk filmində - "Bəxtiyar" və "Qızmar günəş altında" kino əsərlərində uğurla iştirak eydikdən sonra "O olmasın, bu olsun" kinokomediyasında Rüstəm bəy surətini canlandırır. Bu obraz aktyorun teatr və kinoda yaratdığı ən müvəffəqiyyətli işlərdən biri olur.