Ronaldo ilin ən yaxşısı seçildi

"Real"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldo FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı futbolçusu seçilib. O, bu ad uğrunda mübarizədə Lionel Messi ("Barselona") və Neymarı ("Barselona"/"PSJ") qabaqlayıb.

"Real"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldo FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.

O, bu ad uğrunda mübarizədə Lionel Messi ("Barselona") və Neymarı ("Barselona"/"PSJ") qabaqlayıb.

Ronaldo bu il "Real"ın heyətində İspaniya çempionatı, Çempionlar Liqası, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub. Potuqaliyalı futbolçu 13 oyuna 12 qol vurmaqla Çempionlar Liqası - 2016/17-nin ən yaxşı bombardiri hesab edilib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31