"Heç bir müğənni konsertində zalı doldura bilmir"
Əməkdar artist Natiq Şirinov iddialı açıqlaması ilə gündəmə gəlib. Nağara ifaçısı "Xəzər maqazin"ə açıqlamasında müğənniləri konsert zamanı zalı doldura bilməməkdə günahlandırıb: "Heydər Əliyev Sarayında, Heydər Əliyev Mərkəzində, Yaşıl Teatrda öz gücünə zal dolduran görmədim. Dost-tanışla doldururlar.
23 Oktyabr 2017 19:00 MədəniyyətƏməkdar artist Natiq Şirinov iddialı açıqlaması ilə gündəmə gəlib. Nağara ifaçısı "Xəzər maqazin"ə açıqlamasında müğənniləri konsert zamanı zalı doldura bilməməkdə günahlandırıb: "Heydər Əliyev Sarayında, Heydər Əliyev Mərkəzində, Yaşıl Teatrda öz gücünə zal dolduran görmədim. Dost-tanışla doldururlar. Bileti qohum-əqrabaya paylayırlar ki, sən canın konsertimə gəl. 2006-cı ildə ilk dəfə olaraq alət üzrə 2 saatlıq konserti mən etmişəm. Sabah konsert afişası vursam, zalı dolduracam".
N.Şirinov keçirilən konsertlərə qonaq kimi dəvət olunduğunu, amma getmədiyini deyib:
"Konsertlər toya oxşayır. Gedib toya qulaq asacam?". Axşam.az