İbadidən ABŞ-a sərt bəyanat: “Heç kimin daxili məsələmizə qarışmaq ixtiyarı yoxdur”
İraqın Baş naziri Heydər əl İbadi ABŞ xarici işlər naziri Reks Tillersonun açıqlamasına sərt reaksiya verib. O, R.Tillersonun “iranlı milislər və xarici döyüşçülər İraq torpaqlarını tərk etsin” açıqlamasına “heç kimin İraqın daxili işlərinə qarışmaq haqqı yoxdur” cavabını verib.
23 Oktyabr 2017 16:51 Dünyaİraqın Baş naziri Heydər əl İbadi ABŞ xarici işlər naziri Reks Tillersonun açıqlamasına sərt reaksiya verib. O, R.Tillersonun "iranlı milislər və xarici döyüşçülər İraq torpaqlarını tərk etsin" açıqlamasına "heç kimin İraqın daxili işlərinə qarışmaq haqqı yoxdur" cavabını verib.
Qeyd edək ki, R.Tillerson bazar günü Səudiyyə Ərəbistanında verdiyi açıqlamada Haşdi Şabi polisləri və İranın İraqa İŞİD ilə mübarizə məqsədilə göndərdiyi nümayəndələrin ölkələrinə qayıtmasını tələb etmişdi. Publika.az