Gündəm
Robert Sekuta: “Əliyev-Sarkisyan görüşünü dəstəkləyirik”
ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünə münasibət bildirib. Hazırda Göyçayda səfərdə olan diplomat son görüşlə bağlıATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyənatını diqqətə çatdırıb. Sekuta, Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin görüşünü dəstəklədiyini vurğulayıb.
Tarixi Muzeyində seminar
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan xalqının məişət mədəniyyətinin formalaşmasında İslamın rolu” mövzusunda seminar keçirilib. Olaylar.az bildirir ki, tədbirdə DQİDK-nin əməkdaşları, Xəzər Universitetinin Fəlsəfə kafedrasının müdiri f.ü.e.d. Mail Yaqub, ADİU və ADPU-nun tələbələri, Muzey əməkdaşları və s. iştirak edib. Tədbiri giriş sözü ilə Muzeyin Etnoqrafiya şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova açaraq qeyd edib ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq İslam həmrəyliyi mövzusunda Muzeydə mütəmadi tədbirlər keçirilir.
Keçmiş MTN-in şöbə rəisinin şikayəti əsasında məhkəmə başlayıb
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
“İstedad sorağında” – müsabiqə
Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evi Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində yerləşən tam orta məktəblərin şagirdləri arasında “İstedad sorağında” adlı musiqi alətlərində ifa üzrə müsabiqənin 3-cü, yekun turunu keçirib. Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr- Milli Dirçəliş gününə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və qala konsert keçiriləcək.
Ermənistanda həbsxana əməkdaşı rüşvətə görə həbs olunub
Ermənistanda “Razdan” islah-əmək müəssisəsinin əməliyyat qrupunun rəhbəri Vaqe Axonyan rüşvətə görə həbs olunub. O, 2015-ci ildə 1500 dollar rüşvətin alınmasında vasitəçilik edib. V.Axonyana qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Vəhşi diviziya” adlı qısametrajlı film təqdim edildi
AMEA Mərkəzi Elmi Kitabxanası “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb. Olaylar.az bildirir ki, filmdə Çar Rusiyası dönəmində Azərbaycan və Qafqazın müsəlman xalqlarından yaradılmış və diviziyaya daxil olan könüllü süvari alaylarının, həmçinin tatar (azərbaycanlı) alayının Birinci Dünya müharibəsində iştirakından bəhs edilir. Qafqaz Yerli Süvari diviziyasında azərbaycanlıların xüsusi yeri olub. Diviziyada şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar, Hüseyn xan Naxçıvanski, Nur bəy Sofiyev, Cəmşid xan Naxçıvanski kimi məşhur azərbaycanlı hərbçilər qulluq edib. “Vəhşi diviziya”nın, xüsusən də tatar alayının müharibə dövründəki şücaəti misilsiz olub.Belə ki, məhz tatar alayının hərbçiləri Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında vacib rol oynayıblar.
WhatsApp-da problem yaranıb
WhatsApp ani mesajlaşma mübadilə sisteminin istifadəçiləri problemlə üzləşiblər.
Keçən ay 11284 metr qazma işi həyata keçirilib
2017-ci ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11284 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 10343 metri istismara, 941 metri isə kəşfiyyata aid olub.
Yeni formatda ilk dərs
Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın rəhbərliyi altında universitetdə təhsilin inkişafı istiqamətində genişmiqyaslı islahatlar və layihələr davam etdirilir. Rektorun göstərişinə əsasən universitetin kafedraları arasında əməkdaşlığın genişləndirilməsi və tələbələrin elmi potensialının gücləndirilməsi məqsədi ilə birgə dərslərin keçirilməsinə başlanılıb. İnteraktiv formada keçirilən dərsdə iki lektorun mühazirə deməsi, tələbələrlə mühazirəçilər arasında sərhədin aradan qaldırılması kimi nüanslar dərsə xüsusi maraq qatır, onun keyfiyyətini yüksəldir.
Tovuzda 3 istiqamət üzrə avtomobil yolları yenidən qurulur
“Azəravtoyol” ASC tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik 3 istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılır. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, söhbət Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli və Hacalı kəndlərinə gedən avtomobil yollarından gedir.
Xalq rəssamının “Dünənin səhəri”
Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” zalında Rəssamlıq fakültəsinin dosenti, Xalq rəssamı Xanlar Əhmədovun “Dünənin səhəri” adlı fərdi sərgisi keçirilib. Olaylar.az bildirir ki, sərgidə müəllifin 30-a yaxın əsəri, heykəltəraşlıq nümunələri nümayiş olunub. Xanlar Əhmədov Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və A.Ostrovski adına Rəssamlıq İnstitutunu bitirib. SSRİ-nin Rəssamlıq Akademiyasının aspirantı olub və bürünc medalı ilə təltif olunub. Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə Prezidentin fərmanı ilə Əməkdar rəssamı fəxri adına, 2006-ci ildə isə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə Xalq rəssamı fəxri adına layiq görülüb.
Pekində müsəlmanlara qarşı REPRESSİYA
Çinin şimal -qərbində yaşayan uyğur və qazax türklərinə qarşı kütləvi repressiyalar başladılıb. Son bir həftə ərzində 3000 mindən çox qazax və uyğur türklərinin həbs edilərək naməlum yerlərə aparıldığı bildirilir.
İsmayıllıda sahibkarlar üçün treninq keçirilib
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
1360 sahibkara güzəştli kredir verilib
2017-ci ilin ötən dövrü ərzində 1360-dək sahibkarlıq subyektinin ümumi dəyəri 346 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 101,3 milyon manat güzəştli kredit verilib.
Büdcə zərfinin müzakirə vaxtı açıqlandı
Noyabrda Milli Məclisin payız sessiyasının 4 plenar iclası keçiriləcək. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.










.jpg)



