Tarixi Muzeyində seminar
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan xalqının məişət mədəniyyətinin formalaşmasında İslamın rolu” mövzusunda seminar keçirilib. Olaylar.az bildirir ki, tədbirdə DQİDK-nin əməkdaşları, Xəzər Universitetinin Fəlsəfə kafedrasının müdiri f.ü.e.d. Mail Yaqub, ADİU və ADPU-nun tələbələri, Muzey əməkdaşları və s. iştirak edib. Tədbiri giriş sözü ilə Muzeyin Etnoqrafiya şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova açaraq qeyd edib ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq İslam həmrəyliyi mövzusunda Muzeydə mütəmadi tədbirlər keçirilir.
3 Noyabr 2017 13:10 MədəniyyətMilli Azərbaycan Tarixi Muzeyində "Azərbaycan xalqının məişət mədəniyyətinin formalaşmasında İslamın rolu" mövzusunda seminar keçirilib. Olaylar.az bildirir ki, tədbirdə DQİDK-nin əməkdaşları, Xəzər Universitetinin Fəlsəfə kafedrasının müdiri f.ü.e.d. Mail Yaqub, ADİU və ADPU-nun tələbələri, Muzey əməkdaşları və s. iştirak edib.
Tədbiri giriş sözü ilə Muzeyin Etnoqrafiya şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova açaraq qeyd edib ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq İslam həmrəyliyi mövzusunda Muzeydə mütəmadi tədbirlər keçirilir.
Daha sonra Muzey əməkdaşı, t.ü.f.d. Tural Şiriyev "Azərbaycan xalqının məişət mədəniyyətinə islam dinin təsiri haqqında", Xəzər Universitetinin Fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru Mail Yaqub "Azərbaycan reallığında İslam fenomeni" mövzusunda çıxış ediblər.