“İstedad sorağında” – müsabiqə
Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evi Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində yerləşən tam orta məktəblərin şagirdləri arasında “İstedad sorağında” adlı musiqi alətlərində ifa üzrə müsabiqənin 3-cü, yekun turunu keçirib. Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr- Milli Dirçəliş gününə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və qala konsert keçiriləcək.
3 Noyabr 2017 13:04 MədəniyyətŞəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evi Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində yerləşən tam orta məktəblərin şagirdləri arasında "İstedad sorağında" adlı musiqi alətlərində ifa üzrə müsabiqənin 3-cü, yekun turunu keçirib.
Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr- Milli Dirçəliş gününə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və qala konsert keçiriləcək.
Müsabiqənin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması, Azərbaycan musiqi sənəti tarixində özünə əbədi yer tapmış və bu gündə xalqımız tərəfindən daima maraqla izlənən ecazkar musiqi alətlərinin yaşaması, gələcəkdə daha da inkişaf etdirilməsi və təbliğidir.