Gündəm

Türkiyədə inflyasiya 9 illik maksimuma çatıb

3 Noyabr 2017 12:45

Türkiyədə bu ilin oktyabr ayında aylıq inflyasiya 2,08%, illik isə 11,9% təşkil etməklə 2008-ci ildən sonra ən maksimal həddə çatıb.  "Bloomberg" agentliyi xəbər verir ki, oktyabr ayında istehsalçı qiymətləri aylıq 1,71%, illik isə 17,28% artıb. Ən yüksək artım oktyabr ayında qadın sviterlərində (+37,92%), ən çox azalma isə ölkədaxili turlarda (-27,12%) müşahidə olunub.

Azerbaijan's Consul General Nasimi Aghayev addresses West Los Angeles Chamber of Commerce

3 Noyabr 2017 12:45

At the invitation of the West Los Angeles Chamber of Commerce (WLACC), Azerbaijan's Los Angeles Consul General Nasimi Aghayev addressed the Chamber members on Nov. 1, 2017. Considered one of the most influential chambers of commerce in California, the WLACC has over 1250 members representing many renowned companies, including some of the nation's largest corporate entities. Previous speakers of the WLACC included Los Angeles Mayors, members of U.S. Congress, California state elected officials and others.

Azərbaycan həqiqətləri Qərbi Los Anceles Ticarət Palatasında

3 Noyabr 2017 12:43

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Qərbi Los Anceles Ticarət Palatasının dəvətilə Palatanın üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib. Baş konsulluqdan Olaylar.az – a bildirilib ki, Los Ancelesdə yüksək nufuza sahib olan Palata özündə 1200-dən çox tanınmış şirkəti birləşdirir. Palatanın üzvləri qarşısında mütəmadi olaraq Los Anceles meri, ABŞ konqresmenləri və senatorları və digər Kaliforniya siyasətçiləri çıxış edir.

İspaniya məhkəməsi Kataloniyanın 8 məmurunu həbs etdi

3 Noyabr 2017 12:42

Kataloniya hökumətinin keçmiş 8 üzvü həbs edilib. Məmurların həbsi İspaniya milli məhkəmə palatasının qərarına əsasən baş verib. Həbs edilənlər arasında muxtar vilayətin rəhbərinin sabiq müavini Oriol Junkeras da var.

Qənirə Paşayeva Misirdə Ermənistanın işğalçı siyasətndən danışdı

3 Noyabr 2017 12:39

Millət vəkili Qənirə Paşayeva Misir Milli Qadın Şurası prezidenti, naziri, qadın millət vəkilləri və təşkilat rəhbərləri ilə görüşüb. Deputat sadalanan bütün görüşlərdə Ermənistanın işğalçılıq siyasətindən danışıb. Belə ki, Misir Milli Qadın Şurasının prezidenti, nazir Maya Morsi, Marianne Amir Azer başda olmaqla Misir qadın millət vəkilləri, Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının Misir üzrə rəhbəri Omnia Fahmy və təşkilatın rəsmiləri ilə görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Misirlə əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Azərbaycan parlamentinin Misirlə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət yaratdığını deyib.

"Xarici qüvvələr Azərbaycanla Ermənistan arasında sülh istəmir" - ATƏT PA-nın vitse-prezidenti

3 Noyabr 2017 12:38

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Georgi Tsereteli vətəndaş cəmiyyətinin münaqişələrin sülh yolu ilə həllinə və demokratiyanın inkişafına yönəldilmiş təşəbbüsləri hər zaman dəstəklənir. O, bunu Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin yeni missiyası" adlı konfransda Azərbaycan və Ermənistan arasında Sülh Platformasının sülhə dair təşəbbüslərini şərh edərkən bildirib.

Azərbaycanlı Quran qiraətçilərinin uğurlu çıxışı

3 Noyabr 2017 12:35

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv ölkələr arasında hər il həyata keçirilən İslam Dünyası Gənclər Paytaxtı beynəlxalq proqramının 2017-ci il üçün tədbirlər planı çərçivəsində İran İslam Respublikasının Şiraz şəhərində Beynəlxalq Quran müsabiqəsi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, 17 ölkəni təmsil edən 56 iştirakçının qatıldığı müsabiqədə Azərbaycanı Bakıdakı “Heydər Məscidi”nin imamı Rza Rzayev, Ağsu məscidinin imamı Elşən Rəhimli və Quran müəllimi İlkin Əliyev təmsil ediblər.

Pirallahı Sənaye Parkında şpris istehsalı müəssisəsi yaradılır

3 Noyabr 2017 12:32

Pirallahı rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum noyabrın 2-də Pirallahı rayonunda keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Forum çərçivəsində Pirallahı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, zeytunçuluq təsərrüfatının, badam bağının salınması, corab istehsalı, plastik və polietilen qabların təkrar emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Məktəblilər üçün ekskursiyalar təşkil edilir

3 Noyabr 2017 12:33

Paytaxt məktəblilərinin müxtəlif tarixi abidələrə, mədəniyyət və incəsənət ocaqlarına, eləcə də istehsalat müəssisələrinə ekskursiyaları təşkil edilir. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin muzey, ali təhsil ocaqları və istehsalat müəssisələrinə səfərləri həyata keçirilir.

Monteneqronun xarici işlər naziri İqtisadiyyat Nazirliyində olub

3 Noyabr 2017 12:30

İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Monteneqro Respublikasının xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, Azərbaycan Respublikası Prezidentinin 2013-cü ildə Monteneqroya, Monteneqro Prezidentinin isə bir neçə dəfə ölkəmizə səfər etdiyini vurğulayıb.

Rusiya XİN rəhbəri: “Qarabağ nizamlanmasında ATƏT-in potensialından istifadə etmək vacibdir”

3 Noyabr 2017 12:27

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla ATƏT-in baş katibi Tomas Qremingerlə görüşü keçirilir. Məlumata görə, görüş zamanı S. Lavrov ATƏT-in yeni baş katibinin fəaliyyət planları ilə tanış olduğunu və bunu alqışladıqlarını söyləyib.

Kestutis Yankauskas: "Bakı-Tbilisi-Qars təhlükəsiz və sürətli nəqliyyat xidmətidir”

3 Noyabr 2017 12:26

"Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi çox yaxşı layihədir, bunu müsbət qarşılayırıq". Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin səfiri Kestutis Yankauskas deyib.

Prezident: “Erməni lobbisi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mane olmağa çalışır” - YENİLƏNİB

3 Noyabr 2017 12:24

Prezident İlham Əliyev noyabrın 3-də Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ermənistan parlamentində baş verən terror aktının təşkilatçılarından biri həbsdə ölüb

3 Noyabr 2017 12:22

18 il əvvəl Ermənistan parlamentində baş verən terror aktının əsas iştirakçılarından biri olan Eduard Qriqoryan ölüb. Bu barədə “news.am” saytına Ermənistan Ədliyyə Nazirliyinin cinayət-icraat idarəsinin mətbuat xidmətinin rəhbəri Qor Qleçyan məlumat verib. O bildirib ki, E. Qriqoryanın ürəyində güclü ağrılar olub. O, təcili tibbi yardımla “Erebuni” tibb məntəqəsinə çatdırılıb və orada ölüb. Ölümün səbəbi məhkəmə tibbi ekspertizadan sonra məlum olacaq.

İnsult keçirən tanınmış bəstəkarın vəziyyəti ağırdır

3 Noyabr 2017 12:19

İnsult keçirərək 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində yerləşdirilən tanınmış bəstəkar Tahir Əkbərin vəziyyəti ağır olaraq qalır. Bu barədə  Mərkəzin reanimasiya şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, dünən səhər saatlarında xəstəxanaya yerləşdiriləndən T.Əkbərin vəziyyətində ciddi bir irəliləyiş qeydə alınmayıb. “Hələ o, özünə gəlməyib. Çünki insult səbəbindən beyində yaranan ocaq böyükdür”, - deyə şöbədən bildirilib.