Rusiya XİN rəhbəri: “Qarabağ nizamlanmasında ATƏT-in potensialından istifadə etmək vacibdir”

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla ATƏT-in baş katibi Tomas Qremingerlə görüşü keçirilir. Məlumata görə, görüş zamanı S. Lavrov ATƏT-in yeni baş katibinin fəaliyyət planları ilə tanış olduğunu və bunu alqışladıqlarını söyləyib.

Rusiya XİN başçısı ATƏT-in Avropa məkanındakı münaqişələrlə bağlı operativ qərarların qəbul olunmasında, bütün problemlərin nizamlanması üçün ciddi potensialının olduğunu bildirib: "Bu potensialdan ilk növbədə Ukraynadakı münaqişədə, eləcə də Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanmasında istifadə etmək vacibdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk qrupu həmsədrləri məşğul olur". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31