Azərbaycanlı Quran qiraətçilərinin uğurlu çıxışı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv ölkələr arasında hər il həyata keçirilən İslam Dünyası Gənclər Paytaxtı beynəlxalq proqramının 2017-ci il üçün tədbirlər planı çərçivəsində İran İslam Respublikasının Şiraz şəhərində Beynəlxalq Quran müsabiqəsi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, 17 ölkəni təmsil edən 56 iştirakçının qatıldığı müsabiqədə Azərbaycanı Bakıdakı “Heydər Məscidi”nin imamı Rza Rzayev, Ağsu məscidinin imamı Elşən Rəhimli və Quran müəllimi İlkin Əliyev təmsil ediblər.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv ölkələr arasında hər il həyata keçirilən İslam Dünyası Gənclər Paytaxtı beynəlxalq proqramının 2017-ci il üçün tədbirlər planı çərçivəsində İran İslam Respublikasının Şiraz şəhərində Beynəlxalq Quran müsabiqəsi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, 17 ölkəni təmsil edən 56 iştirakçının qatıldığı müsabiqədə Azərbaycanı Bakıdakı "Heydər Məscidi"nin imamı Rza Rzayev, Ağsu məscidinin imamı Elşən Rəhimli və Quran müəllimi İlkin Əliyev təmsil ediblər.

İran İslam Respublikası Gənclər və İdman nazirinin müavini, Şiraz vilayətinin başçısı, və digər yerli dövlət qurumları nümayəndələri, İƏT Gənclər Forumu rəhbər nümayəndələri, Türkiyə Diyanət Başkanlığı Quran Qiraəti Qurumunun başçısı, İstanbul şəhəri baş müftisi, eləcə də elm, mədəniyyət və media nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin bağlanış mərasimində iştirakçılara sertifikatlar verilmiş və qaliblər elan edilmişdir. Qeyd etmək lazımdır ki, müsabiqə üzrə beynəlxalq münsiflər heyətinin qərarı ilə Azərbaycanı təmsil edən iştirakçılar 2-ci və 3-cü yerləri tutublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31