Gündəm

"Azərbaycan qonşu ölkələrlə qarşılıqlı etimada dayanan münasibətlərə önəm verir"

3 Noyabr 2017 12:17

"Azərbaycanla İran, Azərbaycanla Rusiya və bütövlükdə bu 3 ölkə arasında qarşlıqlı etibara və etimada dayanan yüksək səviyyəli qonşuluq, dostluq münasibətləri var. Qonşu dövlətlərlə dostluq, yüksək səviyyəli münasibətlərin qurulması hər bir müstəqil dövlət üçün çox vacibdir və mühüm əhəmiyyətə malikdir". Bunu Milli Məclisin aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimov deyib.

Emin Həsənli: “Ermənistan regional layihələrdən kənarda qalıb” 

3 Noyabr 2017 12:15

“Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti layihəsinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Azərbaycan ard-arda iki böyük layihəyə imza atır. BTQ dəmiryolu Qərblə-Şərqi birləşdirməklə bərabər İranla Rusiya arasında böyük bir dəmiryolu xəttidir”. Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.

Siyasi şərhçi: “Rusiya və İran Azərbaycanın böyük qonşularıdır”

3 Noyabr 2017 12:13

“Ümumiyyətlə Rusiya və İran Azərbaycanın böyük qonşularıdır. Azərbaycan Prezidenti də öz çıxışında qeyd etdiyi kimi Rusiya və İranla ortaq sərhədi olan yeganə ölkə Azərbaycandır. Yəni Cənubi Qafqazın yeganə ölkəsi, eləcə də Orta Asiya regionunda belə Rusiya ilə İranın arasında sərhədi olan ölkə məhz Azərbaycandır”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Yunanıstan sahillərində miqrantları daşıyan qayıq batıb

3 Noyabr 2017 12:11

Yunanıstan sahillərində miqrantları daşıyan qayıq batıb. Məlumata görə, hələlik bir nəfərin meyidi tapılıb. Dörd nəfərin xilas edildiyi məlumat verilib.

Deputat: Üçtərəfli formatın iqtisadi əhəmiyyəti daha böyükdür

3 Noyabr 2017 12:08

Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçirilən üçtərəfli görüşü birinci növbədə regionda sabitliyin, ikinci növbədə isə iqtisadi əməkdaşlığın yeni bir mərhələsinin başlanğıcı deməkdir.

Son 6 ildə göz xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb

3 Noyabr 2017 12:07

Azərbaycanda əhali, xüsusilə 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxalıb. Ölkədə son 6 il ərzində 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərinin sayı 1,5 dəfə artıb. 2010-ci ildə 13 yaşadək uşaqlar arasında bu xəstəlikdən əziyyət çəkənlərin sayı 17 636 nəfər, 2015-ci ildə 24 530 nəfər, 2016-cı ildə 26 129 nəfər olub. 2010-cu ildə 13 yaşadək hər 10 000 nəfər uşağın 94,1 nəfəri, 2015-ci ildə 120,1 nəfəri, 2016-cı ildə 125,8 nəfəri bu xəstəlikdən əziyyət çəkib.

Fransanın Yeni Kaledoniya əyaləti müstəqillik referendumu keçirəcək

3 Noyabr 2017 12:03

Avropada əyalətlərin müstəqil dövlət olma arzusu davam edir. İndi də Fransa regionlarından biri müstəqillik statusu əldə etmək niyyətindədir. 2018-ci ildə Fransanın Yeni Kaledoniya əyaləti müstəqillik referendumu keçirəcək.

Hindistanda dəhşət

3 Noyabr 2017 12:01

Hindistanda bir kəndli gecə vaxtı qəribə səsə yuxudan oyanıb. Kəndli həyətində 4 metrlik timsah görüb. Hadisə ölkənin şərqindəki Orissa vilayətində baş verib.

Erməni iş adamı Kəlbəcərdə otel kompleksi tikdirəcək

3 Noyabr 2017 12:00

Gələn il Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunun Xudavəng kəndində bir neçə otelin tikintisinə başlanılacaq. Bu barədə "Past xəbər" saytına icma lideri Alvard Ohanyan bildirib. Məlumata görə, qanunsuz tikintini erməni biznesmen Ruben Hayrapetyan maaliyyələşdirəcək. 

Azərbaycanda cırtdanboyluların sayı artır 

3 Noyabr 2017 11:58

"Azərbaycanda cırtdanboylu insanların sayı qeydiyyatdan olandan çoxdur. Dövlət tərəfindən pulsuz dərman təminatı olmadığı üçün onlar qeydiyyata düşməyə həvəs göstərmirlər".

ABŞ-ın Türkiyəyə qarşı YENİ PLANI

3 Noyabr 2017 11:56

İraq və Suriyanın şimalında Ərbil-Haseke xəttindən istifadə edərək PKK terror təşkilatına minlərlə TIR silah-sursat göndərən ABŞ Türkiyə sərhədindəki Fiş Habur bölgəsinin tamamilə Bağdadın nəzarətinə keçməsinə mane olmağa çalışır.

Dəstənin lideri güllələnib

3 Noyabr 2017 11:51

Yanacaq qaçırılması üzrə ixtisaslaşan cinayətkar dəstənin başçısı Meksikada xarici görünüşünü dəyişdirmək üçün keçirdiyi plastik cərrahiyyə əməliyyatı zamanı xəstəxanada güllələnib.

Türkiyədə terrorçularla atışmada 1 polis şəhid oldu: 4-ü yaralandı

3 Noyabr 2017 11:48

Türkiyənin Diyarbakır əyalətində terrorçu PKK qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 1 polis şəhid olub, 4 asayış keşikçisi yaralanıb. Əməliyyat nəticəsində bir terrorçu məhv edilib.

Qurban Qurbanov: "Hamının gözü millidədir"

3 Noyabr 2017 11:46

"Rövnəq Abdullayevə, AFFA İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm. Hər kəsin arzusu millidə oynamaq və məşqçinin də istəyi milliyə rəhbərlik etməkdir. Hamının gözü millidədir. Azarkeşlər daha yaxşı nəticə istəyir. Bu, mənim üçün böyük məsuliyyətdir. Bu, bir ayın, bir ilin işi deyil. Uzun bir proqramımız olacaq. Pillə-pillə irəli getməliyik. Bir azərbaycanlı kimi futbolumuz üçün daha artığını etməyə çalışacağam. İşimiz çoxalır. Çalışacağıq ki, rəhbərliklə birgə vəzifəmizin öhdəsindən gələk. Yazıları oxuyurdum. Etimadınıza görə də təşəkkür edirəm".

Keçmiş məhkum uşaq bağçasından oğurluq edib

3 Noyabr 2017 11:42

Noyabrın 2-də saat 3 radələrində Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti Zəng Mərkəzinə Nəsimi rayonu ərazisindəki uşaq bağçalarından birindən oğurluq edilməsi barədə məlumat daxil olub.