Dəstənin lideri güllələnib

Yanacaq qaçırılması üzrə ixtisaslaşan cinayətkar dəstənin başçısı Meksikada xarici görünüşünü dəyişdirmək üçün keçirdiyi plastik cərrahiyyə əməliyyatı zamanı xəstəxanada güllələnib.

Yanacaq qaçırılması üzrə ixtisaslaşan cinayətkar dəstənin başçısı Meksikada xarici görünüşünü dəyişdirmək üçün keçirdiyi plastik cərrahiyyə əməliyyatı zamanı xəstəxanada güllələnib. Xəstəxanaya hücum bazar ertəsi baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları sonradan öldürülənlərdən birinin cinayətkar dəstənin başçısı, daha çox "Kalimba" ləqəbi ilə tanınan Xesus Martin olduğunu müəyyənləşdirib. Əməliyyat masasında olan cinayətkarın təkcə görünüşünü yox, həm də barmaq izlərini dəyişməyə çalışıblar.

Ondan başqa, atışma zamanı daha üç nəfər öldürülüb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31