"Azərbaycan qonşu ölkələrlə qarşılıqlı etimada dayanan münasibətlərə önəm verir"
"Azərbaycanla İran, Azərbaycanla Rusiya və bütövlükdə bu 3 ölkə arasında qarşlıqlı etibara və etimada dayanan yüksək səviyyəli qonşuluq, dostluq münasibətləri var. Qonşu dövlətlərlə dostluq, yüksək səviyyəli münasibətlərin qurulması hər bir müstəqil dövlət üçün çox vacibdir və mühüm əhəmiyyətə malikdir". Bunu Milli Məclisin aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimov deyib.
3 Noyabr 2017 12:17 Siyasət"Azərbaycanla İran, Azərbaycanla Rusiya və bütövlükdə bu 3 ölkə arasında qarşlıqlı etibara və etimada dayanan yüksək səviyyəli qonşuluq, dostluq münasibətləri var. Qonşu dövlətlərlə dostluq, yüksək səviyyəli münasibətlərin qurulması hər bir müstəqil dövlət üçün çox vacibdir və mühüm əhəmiyyətə malikdir". Bunu Milli Məclisin aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimov deyib.
Onun sözlərinə görə, Azərbaycan, İran, Rusiya arasında münasibətlərin daha da inkişafı regionda sülh və sabitliyə, təhlükəsizliyə xidmət edir: "Qonşu dövlətlərlə normal münsaibətlərin qurulması çox vacidir. Çünki, hər hansı bir səbəbdən münasibətlərin düzgün qurulmamasından ilk növbədə həmin dövlətlərin xalqları əziyyət çəkmiş olurlar. Lakin münasibətlər normal olanda bu, həm dövlətlərin həm də xalqların özlərinə müsbət təsirini göstərir. Ölkəmiz bu baxımdan öz qonşuları ilə qarşılıqlı etibara və etimada dayanan münasibətlərə böyük önəm verir".
Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərini, səfər zamanı İran Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşləri, eləcə də dövlət başçıları arasında üçtərəfli görüşü çox əhəmiyyətli tarixi-siyasi hadisə adlandıran E.İbrahimov söyləyib ki, Azərbaycan bu gün istər İranla, istərsə də Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir: "Bu münasibətlərin bu səviyyəyə qalxmasında Ulu öndərimiz Heydər Əliyevin və Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Ümumilikdə, bu 3 ölkə arasında münasibətlərin, əməkdaşlığın möhkəmləndirilməsi hər zaman diqqət mərkəzində olmalıdır və çox sevindiricidir ki, bu gün də diqqət mərkəzindədir. Bundan qazanan bizlər, xalqlarımız və dövlətlərimiz olur və olacaq".
Tehranda baş tutan üç tərəfli sammitələ bağlı fikirlərini bildirən deputat qeyd edib ki, bu cür sammitlərin keçirilməsi nəinki 3 ölkənin, bütövlükdə bölgənin və dünyanın xeyrinədir: "Bu cür görüşlər yeni-yeni münaqişə ocaqlarının alovlandırıldığı dünyamızda inkişafın, tərəqqinin, sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasına öz töhfələrini verə bilər".
Məlumat üçün nəzərinizə çatdıraq ki, noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib. Sia.az