Gündəm

BTQ-nin açılışı yeni iqtisadi dövrə keçiddir

3 Noyabr 2017 11:37

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı yeni iqtisadi dövrə keçiddir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, ekspert Azər Verdiyev səsləndirib. O, bildirib ki, dəmir yolu xətti Şərqdən Qərbə qədər olan böyük məsafədə yük və sərnişin daşımalarında vaxt və maliyyə sərfiyyatını azaldacaq: “Bununla yanaşı, Bakı-Tbilisi-Qars, həmçinin ölkə iqtisadiyyatının inkişafına da böyük dərəcədə müsbət təsir göstərəcək. Dəmir yolu xətti Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənir.

Ermənilər 119 dəfə atəşkəsi pozub

3 Noyabr 2017 11:36

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub.

SOCAR neftçilərin xəsarət alması ilə nəticələnən qəza barədə məlumat yayıb - YENİLƏNİB

3 Noyabr 2017 11:32

"Qaradağ" sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin "Qaradağ-Qalmaz" İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib.

Nazirlər Kabinetinin səlahiyyəti artırıldı

3 Noyabr 2017 11:30

Gəmilərin dəniz üzgüçülüyü ilə bağlı tələbləri Nazirlər Kabineti müəyyən edəcək. Bu, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 669-VQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 may tarixli 1422 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapıb.

Fədayə Laçın yetim uşağa analıq edib

3 Noyabr 2017 11:28

Bir neçə gündür "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına köməklik etməsində təqsirləndirilərək həbs edilən Fədaylə Laçın haqqında söz-söhbətlər səngimək bilmir. Əksər insanlar onu qınasa da, bir çoxları müğənniyə haqq da qazandırırlar.

Ehramda təyyarə boyda gizli otaq tapıldı - Sensasiyalı kəşf - VİDEO

3 Noyabr 2017 11:21

Fransa və Yaponiya arxeoloqlarından ibarət qrup Misirin paytaxtı Qahirə yaxınlığındakı Gizada yerləşən Xeops (Xufu) ehramını iki il tədqiq edəndən sonra sensasiyalı tapıntı barədə bəyanat veriblər.

Putin Makronla telefonla danışdı

3 Noyabr 2017 11:17

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışıqları aparıb. Rəsmi Kreml tərəfindən yayılan məlumata görə, liderlər arasında keçirilən telefon danışığı zamanı Suriyadakı problemlər müzakirə edilib. İki ölkə başçısı “Astana 7” sammitində müzakirə ediləcək məsələlər haqqında məsləhətləşib və Suriya məsələsinin həllinə dair atılacaq addımlarda fikirlərini ortaya qoyublar.

Tvitter Trampın hesabını sildi - İşçiyə Nobel Sülh Mükafatı

3 Noyabr 2017 11:11

Tvitter sosial media şirkəti ABŞ Prezidenti Donald Trampın şəxsi hesabını silib.Prezidentin hesabını işdə son günü olan bir Tvitter işçisi silib. Şirkət verdiyi açıqlamada “@realdonaldtrump” adlı hesabın yanlışlıqla bağlandığını bildirib. Lakin sonra hesabın yanlışlıqla deyil, bilərəkdən silindiyi ortaya çıxıb.

Bob Dilanın imzalı Nobel nitqi satışa çıxarıldı – İNANILMAZ QİYMƏTƏ

2 Noyabr 2017 20:01

Amerikanın “Simon & Schuster” nəşriyyatı 2016 Nobel mükafatının ədəbiyyat üzrə laureatı Bob Dilanın Nobel nitqini kitab halında çap edib. 32 səhifəlik məruzədən ibarət kitab müəllifin şəxsi imzası ilə birlikdə cəmi 100 nüsxə buraxılıb.

“HTC U11+” smartfonu rəsmən nümayiş edilib

2 Noyabr 2017 19:50

"HTC" şirkəti qabaqcıl "HTC U11+" smartfonunu rəsmən təqdim edib. Bu, şirkətin çərçivəsiz dizayna malik ilk smartfonudur - ekran ön paneli tam əhatə edir. Digər yeniliklər kimi şəffaf arxa panel və sıxılma ilə idarəetmə imkanı qeyd olunur.  

Çin süni intellekt sahəsində lider olacaq

2 Noyabr 2017 19:40

"Google Alphabet" şirkətinin rəhbəri Erik Şmidt çinli mütəxəssislərin süni intellektin yaradılmasında yüksək bacarıq və qabiliyyətə malik olduqlarını bildirib. O hesab edir ki, Çin 2025-ci ilədək süni intellektin hazırlanması sahəsində ABŞ-a çatacaq.

“Android” sistemində “Bluetooth” qurğularını tez qoşan yeni funksiya istifadəyə verilib

2 Noyabr 2017 19:30

"Google" şirkəti "Bluetooth" aksessuarlarını "Android" sistemli qurğulara tez qoşmağa imkan verən yeni "Fast Pair" texnologiyasını təqdim edib.   Funksiya çexolu açan zaman smartfona avtomatik qoşulan "iPhone" və simsiz "AirPods" qulaqcıq istifadəçilərinə tanış gələcək. "Fast Pair" oxşar şəkildə işləsə də, bağlantını iki qurğunu bir-birinə yaxınlaşdırmaqla qurmağa imkan verir.

Yeni “IBM FlashSystem” modelləri məlumatların saxlanma qiymətini azaldacaq

2 Noyabr 2017 19:23

“IBM” korporasiyası “FlashSystem” məlumat saxlama sistemlərinin model sırasını yeniləyərək “IBM Cloud” ictimai “bulud” sistemi və müəssisə sistemləri arasında məlumatların göndərilməsi üçün nəzərdə tutulan yeni “Spectrum Virtualize” proqram paketini təqdim edib.  

İlk internet virusunun 29 yaşı tamam olub

2 Noyabr 2017 19:17

2 noyabr 1988-ci ildə dünya ilk dəfə internetdə virusun mövcudluğu barədə təsəvvür əldə edib. Belə ki, həmin gün bir günə ABŞ ərazisində 6 min serverin – internetə qoşulan bütün kompüterlərin 10 faizinin işini iflic edən “Morris” adlı virus yaranıb. Virus “Unix” sistemli kompüterlərin “sendmail” və “fingerd” proqramlarının məlum boşluqlarından istifadə etməklə və mini-lüğətdən istifadəçi parollarını seçməklə yoluxdurub.     

Fərdi kompüterlər üçün “Skype” versiyası yenilənib

2 Noyabr 2017 19:11

"Microsoft" korporasiyası bir neçə aylıq sınaqlardan sonra fərdi kompüterlər üçün yenilənmiş "Skype" əlavəsini rəsmən istifadəyə verməyə başlayıb. Proqramın yeni versiyasından "Windows", "Mac" və "Linux" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularda yararlanmaq olar. Hazırda "Skype" bütün platformalarda eyni şəkildə görünür və fərdi kompüter, smartfon, planşet, "Xbox" qurğusu, "ağıllı" kolonka və servisdən istifadənin mümkün olduğu bütün qurğular arasında məlumatların sinxronlaşmasını dəstəkləyir.