Putin Makronla telefonla danışdı
Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışıqları aparıb. Rəsmi Kreml tərəfindən yayılan məlumata görə, liderlər arasında keçirilən telefon danışığı zamanı Suriyadakı problemlər müzakirə edilib. İki ölkə başçısı “Astana 7” sammitində müzakirə ediləcək məsələlər haqqında məsləhətləşib və Suriya məsələsinin həllinə dair atılacaq addımlarda fikirlərini ortaya qoyublar.
3 Noyabr 2017 11:17 DünyaRusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışıqları aparıb. Rəsmi Kreml tərəfindən yayılan məlumata görə, liderlər arasında keçirilən telefon danışığı zamanı Suriyadakı problemlər müzakirə edilib. İki ölkə başçısı "Astana 7" sammitində müzakirə ediləcək məsələlər haqqında məsləhətləşib və Suriya məsələsinin həllinə dair atılacaq addımlarda fikirlərini ortaya qoyublar.
Putin və Makron danışıqlar zamanı İranın nüvə proqramı məsələsinə də toxunublar. Liderlər bu məsələ ilə bağlı hər iki ölkənin xeyrinə olacaq çıxış yollarını müzakirə edib. Publika.az